Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə54/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Yoxlama sualları


  1. Differensial mexanizmlərin vəzifəsi nədir?

  2. Differensial mexanizmlərin hansı sinifləri var?

  3. Differensial mexanizmlərə hansı tələblər qoyulur?

  4. Differensial mexanizmlərin hansı hissələri var?

  5. Differensial mexanizmlər necə işləyir?

MÜHAZİRƏ 17.


Sükan idarəsi

Sükan idarəetmə sisteminin vəzifəsi avtomobilə verilən hərəkət istiqamətini saxlamaq və ya dəyişmək, onun manevr etməsini təmin etməkdir. Bu sistem sükan mexanizmindən, sükan ötürməsindən və bəzi avtomobillərdə quraşdırılan sükan gücləndiricisindən ibarətdir.


Sükan idarəetmə sistemi aşağıdakı əlamətlərinə görə siniflərə bölünür:

  1. Avtomobilin döndərilmə üsullarına görə:

    • idarə olunan təkərləri döndərməklə,

    • bəndlərin qatlanması yolu ilə (tək dartqı ilə bir qoşqu),

    • avtomobilin bortlarından birinin təkərlərini hərəkətin əks istiqamətində fırlatmaqla və ya bortlarından birinin təkərlərini tormozlamaqla,

    • idarə olunan oxları və ya arabacığı döndərməklə.

  1. Sükan çarxının yerləşmə yerinə görə:

    • sükan çarxı sağda yerləşir,

    • sükan çarxı solda yerləşir.

  1. İdarə olunan təkərlərin yerləşmə yerinə görə:

  1. ikioxlu avtomobillərdə: birinci ox, ikinci ox, hər iki ox,

  2. üçoxlu avtomobillərdə: birinci ox, birinci və üçüncü oxlar,

  3. dördoxlu avtomobillərdə: birinci və ikinci oxlar, birinci və üçüncü oxlar, bütün oxlar. Sükan idarəetmə sisteminə aşağıdakı tələblər qoyulur:

  1. Avtomobilin yüksək manevretmə xüsusiyyətini təmin etməli, yəni minimum dönmə radiusu mümkün qədər kiçik olmalıdır.

  2. İdarəetmənin yüngüllüyü təmin olunmalı, yəni sürücü, avtomobili idarə etmək üçün minimum fiziki qüvvə sərf etməlidir.

  3. Qüvvə və kinematik izləyici xüsusiyyətlərə malik olmalı, yəni sükan çarxına təsir edən qüvvənin idarə olunan təkərlərin döndərilməsinə qarşı yaranan müqavimət momentinə mütənasibliyi və sükan çarxının dönmə bucağı ilə idarə olunan təkərlərin dönmə bucaqları arasında verilmiş qanunauyğunluğu təmin etməlidir.

  4. Dönmə zamanı təkərlərin yana sürüşməsi minimum olmalıdır.

  5. Sükan idarəetmə sistemi optimal sərtlik xarakteristikasına malik olmalı, yəni idarə olunan təkərlərin öz-özünə rəqsi hərəkəti (avtorəqslər) istisna edilməlidir.

  6. Asqılarla sükan idarəetmə sisteminin kinematik uyğunluğunu təmin etməli, yəni asqıların elastik elementinin deformasiyası zamanı idarə olunan təkərlərin ox mili (şkvoren) ətrafında öz-özünə dönməsinin qarşısını almalıdır.

  7. İdarə olunan təkərlərin sabitləşdirilməsinə təsiri minimum olmalıdır.

  8. Dayaq səthindən alınan zərbələrin idarə olunan təkərlərdən sükan çarxına ötürülməsini minimuma endirməlidir.

  9. Yüksək etibarlılığa malik olmalıdır, çünki sükan idarəetmə sisteminin sıradan çıxması qəzaya səbəb olur.

  10. Ümumi tələblərə cavab verməlidir.

Hərəkət istiqamətini dəyişmək üçün qabaq istiqamət verici təkərlərin istiqamətini horizontal (üfüqi) müstəvidə arxa təkərlərə nisbətən dəyişmək lazımdır. Sükan idarəsi sükan mexanizmindən və sükan intiqalından ibarətdir. Sürücü tərəfindən sükan carxina sərf olunan qüvvə sükan mexanizmasina, oradan isə intiqal vasitəsi ilə qabaq təkərlərə oturulur.
Sükan mexanizmasi alcaldici (azaldici) ötürmə ilə təmin olunub ki, bu da sürücünün təkərlərin döndərilməsinə az qüvvə sərfi ilə nail olmasina imkan verir. Bir sira agir yük avtomobillərində və traktorlarda sükan intiqali sürücünün işini asanlaşdirmaq məqsədi ilə hidravlik gücləndiricilərlə təchiz olunub. Hidravlik gücləndiricilər sürücünün işini yüngülləşdirməklə bərabər, qəza təhlükəsində azaldir. Belə ki, avtomobilin və ya qabaq traktorun təkəri partladiqda sürücü əvvəlki hərəkət istiqamətini saxlamaq ücün cox böyük qüvvə sərf etməli olur və bəzən hidravlik gücləndirici olmadiqda sürücünün gücü kifayət etmir.
Avtomobil döndərilərkən onlarin idarə edici təkərlərinin yolun səthi üzrə sürüşməməsi ücün bütün təkərlərin həndəsi oxunun uzanmasi döndərmə mərkəzi adlandirilan ―o‖ nöqətsində kəsişməlidir. Maşın dönərkən dönmə mərkəzinə yaxin olan istiqamət verici təkər digərinə nisbətən daha böyük bucaq altında dönür. Bu sükan trapesiyasının köməyi ilə əldə olunur. Sükan trapesiyasına qabaq ox, eninə dəstək və sol-sağ təkərlərin döndərici dəstəkləri daxildir.
Avtomobilin dönmə radiusu onun R qiyməti onun bazasının uzunluğundan l və qabaq təkərlərin dönmə bucağı <α və <β-dan asılıdır.
RЗИЛ-130=8 m RВАЗ-2107=6,5 m
Avtomobil hərəkət istiqamətini dəyişmək üçün 3 əsas üsuldan istifadə olunur:

  1. tərpənməz qabaq qola nəzərən qabaq təkərləri döndərməklə (universal traktorlarda, minik və yük avtomobillərində ).

  2. Qabaq tək təkərin və ya yaxınlaşdırılmış iki təkərin vertical oxunu döndərməklə ( МТЗ- 80Х, Т 28 Х4).

  3. Traktor və avtomobillərin çərçivəsinin bir hissəsinin təkərləri ilə birlikdə, çərçivənin digər hissəsinə nəzərən vertical şarnir ətrafında döndərməklə (K-700, T-150K, KAMAZ ).

Təsir prinsipinə görə sükan idarəsi 3 qrupa bölünür: 1) mexaniki; 2) gücləndiricisi olan mexaniki; 3) hidravliki.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə