75
mümkün qəzaları səciyyələndirir.
Fərdi risk
– fərdin
bütün həyatı boyu hesablanmış ziyanın (ölümünün) ehti-
malı ilə təyin edilir. Kimyəvi
maddələrin istifadəsi ilə
yaranan ekoloji risk keyfiyyətcə əlverişsiz nəticələrin
xassəsi vasitəsilə, kəmiyyətcə isə baş vermə ehtimalı ilə
səciyyələnir. Riskin təhlilinə iki mərhələ daxildir: onun
qiymətləndirilməsi və idarə olunması. Birinci mərhələyə
əlverişsiz nəticələrin ehtimalının
qiymətləndirilməsi aid-
dir, ikinci mərhələ isə eyniləşdirilmiş riskə görə təsir tər-
zinin seçilməsindən ibarətdir. Ekoloji riskə aid olan in-
formasiya elə təşkil olunmalıdır ki, insanın əhatəsindəki
təbii mühit haqqında qərar qəbul edilə bilsin.
Əldə edil-
miş məlumatlardan müxtəlif idarəetmə fəaliyyəti tiplərinə
kömək edilməsindən istifadə oluna bilər. Məsələn, sə-
nayedə təhlükəli kimyəvi maddələrin basdırılma yerinin
təyin olunmasında, pestisidlərdən istifadə normalarının
müəyyənləşdirilməsində, bir çox kimyəvi və digər amillə-
rin təsir göstərdiyi ekosistemlərin qorunmasında və s.
Faydalı qazıntılardan və ilkin xammaldan komp-
leks istifadə edilməsi xalq təsərrüfatının
müxtəlif məh-
sullara olan tələbatının ödənilməsi zəruriyyətindən irəli
gəlir. Tükənən sərvətlər qrupuna daxil olan faydalı qa-
zıntıların ehtiyatı istismar prosesində xeyli azalır, bəzi
mədənlər tükənib sıradan çıxır. Yeni kəşf edilmiş yataq-
lar, təkrar xammaldan və istehsal tullantılarından istifa-
də edilməsi hesabına istehsalın tələbatı ödənilir. Bütün
bunlar çoxlu kapital qoyuluşu, material və əmək sərfin-
dən istifadə edilməsi şəraitində həyata keçirilir.
Dostları ilə paylaş: