Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə109/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   191
etraf muhitin iqtisadiyyati

 
2. Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik 
iqtisadi ziyanın təyin olunması 
 
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə ətraf mü-
hitin sanitar-gigiyenik vəziyyəti pisləşmişdir. Yer üzün-
də zərərli fəal qarışıqların təmərküzləşməsi sürətlə artır 
və kənd təsərrüfatı sahələrinə güclü zərbə vurur.
Ətraf mühitin çirklənməsindən yaranan zərər 
üç amilin təsiri ilə formalaşır: 
-
ətraf mühitin çirklənmə dərəcəsi ilə (təsir amili); 
-
çirklənmənin neqativlərini qəbul edən obyektlə-
rin sayı ilə (qəbul etmə amili); 
-
ekoloji zərəri ifadə edən iqtisadi göstərici norma-
ları ilə (norma amili). 
Təsir amilinə ümumi halda ətraf mühitə atılan zərərli 
maddələrin miqdarı, konsentrantı və zərərliliyi aiddir. 
Qəbul etmə amilinə çirklənmə bölgəsinə düşərək 
onun neqativ təsirlərini qəbul edən obyektlər aid olur: 
yaşayış məhəllələri; bitki və heyvanat aləmi; sənayedə 
əsas fondlar, nəqliyyat, rabitə və s. 
Norma amillərinə isə elə iqtisadi göstəricilər aid 
olunur ki, bu normativlər təbiətdə və ictimaiyyətdə də-


204
yər qiymətlərinin dəyişməsinə xidmət edir. 
Ekoloji zərərin iqtisadi qiymətləndirilməsi özün-
də üç mərhələni ifadə edir: 
-
çirklənmənin xarakterinin tədqiqi (yığılan-tulla-
nan çirkləndirici maddələrin həcmi, onların konsentrasi-
yası, zərərliliyi və s.); 
-
zərərin natural ölçüsünün təyini; 
-
zərərin iqtisadi ölçüsünün təyini. 
İqtisadi zərərin əsası kimi natural zərər qəbul edilir. 
Zərərin natural ölçüsünün müəyyən edilməsinin 
nəzəriyyə və təcrübədə aşağıdakı 4 geniş yayılmış üsulu 
mövcuddur: 
1)
çirklənməyə aid olmayan amillərin ləğv edilmə-
si üsulu; 
2)
təcrübənin nəticəsindən asılı olan üsul; 
3)
kombinasiya edilmiş (birləşdirilmiş) üsul; 
4)
birbaşa hesablama üsulu. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə