218
1.
Nisbətən əlverişli (norma). Yeraltı suyun key-
fiyyəti, əsasən, C
t
ilə müqayisə oluna bilər və ya onu bir
qədər keçə bilər, lakin YVK-nın çərçivəsindən çıxa bil-
məz, yəni C
t
mur və ya kiçik ölçüdə olur (F<0,5 km
2
);
2.
Daima neqativ dəyişkənlik meyli müşahidə olu-
nur (risk sinfi). Yeraltı suyun keyfiyyəti fasiləsiz pislə-
şir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi sahələrdə
YVK 3...5-dən artıq olmur (F=0,5....5 km
2
);
3.
Böhranlı vəziyyət (böhran). Yeraltı suyun key-
fiyyəti geniş sahədə YVK-nı keçir (10 dəfəyə qədər),
yəni YVK
nin ölçüsü 5-dən 10 km
2
arasında dəyişir;
4.
Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların key-
fiyyəti çirklənmə zonasında 10YVK-dan artıqdır və pis-
ləşməyə doğru meyl göstərir.
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti
haqqında yazmışdır: “Susuz
təbiət də, həyat da ola bil-
məz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazım-
dır”. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su,
torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir.
Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk
(buz, qar), qaz - yəni buxar. Şirin sular Yer üzərində ol-
duqca qeyri-bərabər paylanmışdır. Belə ki, dünyanın
70% əhalisi yaşayan Avropa
və Asiyada dünya çay sula-
rının yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb
maye olub adətən tərkibində çoxlu kimyəvi maddələr
olur. Cənubi Qafqaz ölkələri arasında
Azərbaycan Res-
publikasının su ehtiyatları az olub həmin regionun 15%-
ni təşkil edir. Respublikamızın su ehtiyatları Gürcüstan-
219
dan 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Son
yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərdi
ki, Kür, Araz çayları və onların əsas qolları Respublika-
mızdan kənarda-Gürcüstan və Ermənistan ərazilərində
çirklənir. Belə ki, Ermənistanın 100%, Gürcüstan 30%
ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbayca-
nın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir.
Yəni Kür çayına 188 min. kv. km, Araza isə 103 min
kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirka-
bı, müxtəlif tullantılar atılır. Son zamanlar Kür-Araz
hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə
tökülən çaylarda da (Böyük Qafqazın
şimal-şərq hissəsi
və Lənkəran bölgəsindəki çaylarda) çirklənmə müşahidə
olunur. Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay,
Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay. Lən-
kəran bölgəsində
yerləşən Lənkəran çay, Viləşçay və b.
Çaylar yaşayış məntəqələri və sənaye müəssisələri tərə-
findən aramsız çirklənməyə məruz qalır.
Dostları ilə paylaş: