Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə115/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   191
etraf muhitin iqtisadiyyati

 


213
Cədvəl 9. 
 
Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan 
çirkləndirici maddələr 
(min ton) 
İllər 
Atmosfer 
havasına 
atılan 
çirkləndirici 
maddələr- 
Cəmi 
O cümlədən: 
Bərk 
maddələr 
Qazaoxşar 
və maye 
maddələr 
Onlardan: 
Kükürd 
Anhidridi 
(SO
2

Karbon 
oksidi 
(CO) 
Azot 
oksid-
ləri 
(NO
2

2005 
557,9 
28,2 
529,7 
13,8 
26,1 
25,8 
2006 
344,2 
23,7 
320,5 
12,4 
16,0 
29,3 
2007 
385,9 
28,4 
357,5 
9,2 
25,3 
23,1 
2008 
295,0 
31,3 
263,7 
8,0 
37,4 
33,6 
2009 
300,0 
19,8 
280,2 
4,3 
27,6 
24,2 
2010 
214,8 
19,3 
195,5 
2,2 
27,2 
19,8 
2011 
224,0 
18,0 
206,1 
2,7 
33,5 
21,3 
2012 
226,5 
9,9 
216,6 
3,3 
34,9 
23,7 
 
Atmosfer havasının çirklənməsinin qiymətlən-
dirilməsi
tədqiqat ərazisində hava hövzəsinin çirklən-
məsinin hərtərəfli hesablanmasına (qeydiyyatına) əsas-
lanır; 
bu, birbaşa (bilavasitə) dolayı yolla və indika-
tor meyarları ilə səciyyələnir. 
Birbaşa (bilavasitə) meyarına geohidrokimyəvi, 
geodinamiki, tibbi sanitariya və ehtiyat meyarları daxildir. 
Geohidrokimyəvi meyar 
qrupu geosferin kimyə-
vi, mexaniki, radionuklid çirklənməsini, tibbi-sanitar 
meyarı ilə bakterioloji çirklənmənin qiymətləndirilməsi-
nə imkan verir. Geodinamik meyar qrupu geosfer sahə-
sinin təbii və antropogen geoloji proseslərlə pozulması-
nın (zədələnməsinin) qiymətləndirilməsi ilə əlaqədardır, 
ehtiyat meyarı isə biotanın, o cümlədən insan cəmiyyəti-


214
nin normal yaşaması üçün lazımi sərvətlərin qiymətlən-
dirilməsi ilə əlaqəlidir. 
Dolayı meyarlarla 
qiymətləndirmə geosferin (tə-
bii mühitin komponentlərinin) müasir vəziyyətini həm-
hüdud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və 
bitki örtüyü və s.) qiymətləndirilməsi meyarı vasitəsilə 
qiymətləndirməyə kömək göstərir. 
İndikator (indiqasiya) 
meyarı ilə qiymətləndirmə 
bir qayda olaraq bu və ya digər geosferin ümumi vəziy-
yətini göstərir. 
Qiymətləndirmənin birbaşa (bilavasitə) meyarı. 
Hava hövzəsinin çirklənmə vəziyyətinin əsas meyarı in-
sanın sağlamlığına mənfi təsir göstərən zərərli maddələ-
rin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yol ve-
rilən konsentrasiyanın ölçüsü hesab edilir. 
İl ərzində Yerin atmosferinə daxil olan antropogen 
mənşəli aerozolun ümumi miqdarı 60 milyon ton qiy-
mətləndirilir. ABŞ, xarici Avropa, Rusiya turşulu ya-
ğıntıların əsas yayılma regionlarıdır. Lakin son zaman-
lar onlara Yaponiya, Çin, Braziliya, Hindistan və bəzi 
başqa ölkələrin sənaye rayonlarında da rast gəlinir. Sta-
tistikaya əsasən, sulfat dioksidinin konsentrasiya səviy-
yəsinə görə ilk onluğa aşağıdakı şəhərlər daxildir: Teh-
ran, Rio-De-Janeyro, İstanbul, Moskva, Pekin, Katovit-
se, Tyantszin, Mexiko, Qahirə və Seul. Azot oksidinin 
konsentrasiya səviyyəsinə görə ilk onluğa isə aşağıdakı 
şəhərlər daxildir: Livan, Mexiko, Sofiya, Pekin, Kordo-
va, San-Paulu, Santyaqo, Katomitse, Nyu-York və Lon-
don. Turşulu yağıntıların yayılması xarakterik coğrafi 
hadisə ilə əlaqədardır. Onu adətən transsərhədlilik ad-


215
landırırlar. Bu özünü onda göstərir ki, turşulu yağıntıla-
rın yaranma və yağma rayonları arasında məsafə yüzlər-
lə və minlərlə ola bilər. Belə ki, Skandinaviyanın cənub 
hissəsində yağan turşulu yağışların əsas səbəbkarı Bö-
yük Britaniyanın, Belçikanın, Hollandiyanın, AFR-in 
sənaye rayonlarıdır. Kanadanın Ontario və Kvaker böl-
gələrində bu cür yağışlar ABŞ-ın qonşu rayonlarından 
gəlir. Atmosferin çirklənmədən və xüsusilə də zəhərlən-
mədən mühafizəsi ilə bağlı tədbirlər uzun müddətdir ki, 
aparılır. Əvvəl turş sulu yağıntılarla mübarizə məqsədi 
ilə İES-lərin tüstü bacalarını hündür tikməyə başladılar. 
Lakin təcrübə göstərir ki, bu üsulla yalnız ətraf əraziləri 
zərərli maddələrdən qorumaq mümkün olur. Məs: 100m 
hündürlüyü olan baca tüstünün yayılma radiusunun 20 
km-ə qədər artırır. Atmosfer havasının çirklənməsindən 
dəyən iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ 
gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas 
fondların təmirinin sayının artması, onların xidmətinin 
azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığı-
nın azalması, meşələrin məhsullarının azalması və s. Bu 
yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və 
iqtisadi ziyanı daha dəqiq təyin edir.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə