216
luğunu təmin edən özünəməxsus mineraldır.
Akademik A.P.Karpiniski yazır: Su ən qiymətli fay-
dalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrü-
fatının inkişafı üçün vasitədir. O həm də mədəniyyətin hə-
qiqi göstəricisi, həyatsız yerə dirilik gətirən canlı qandır.
Su obyektlərinin çirklənməsinin qiymətləndiril-
məsi meyarı.
Səth suları.
Təbii və
antropogen mənşəli ekoloji
pozuntu zonalarının formalaşması müxtəlif göstəricilər-
lə (kimyəvi, bioloji və s.) müəyyən edilir.
Kifayət qədər uzun müddət ərzində (1 ildən az ol-
mayaraq) aparıcı göstəricilərin
neqativ qiymətlərinin
stabil qalması sanitar-ekoloji uğursuzluq haqqında nəti-
cəyə gəlməyə əsas verir. Normadan kənara çıxma, bir
qayda olaraq bir neçə meyarla müşahidə edilir. Bu ba-
xımdan su mənbələrinin
və içməli suyun patogen mik-
roorqanizmlərlə və parazit xəstəliklərin törədiciləri ilə,
həmçinin xüsusi toksiki (olduqca təhlükəli)
maddələrlə
çirklənməsi müstəsnalıq təşkil edir,
belə olduqda sani-
tar-ekoloji uğursuzluq haqqında bu meyar üzrə nəticə
çıxarmaq olar.
Fövqəladə ekoloji vəziyyət və ekoloji
fəlakət zona-
sını ayırdıqda su obyektlərinin təhlükəli çirklənmə dərə-
cəsini ümumi qiymətləndirmək üçün KZP-10-dan (kim-
yəvi zəhərləmə parametri) istifadə olunur. Kimyəvi
maddələrlə
çirklənmə, hər biri yol verilən konsentrasi-
yadan (YVK-dan) dəfələrlə çox olan bir neçə maddələr-
lə müşahidə edilən ərazilər üçün bu göstərici xüsusən va-
cibdir. Bu yalnız fövqəladə ekoloji vəziyyət və ekoloji fəla-
kət zonası aşkar edildikdə hesablanır.
217
Hesablama YVK-nı maksimum keçən 10 birləşmə
üzrə aşağıdakı düsturla aparılır.
Dostları ilə paylaş: