Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə119/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   191
etraf muhitin iqtisadiyyati

Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji 
uğursuzluq dərəcəsinin əsas göstəriciləri fiziki deqra-
dasiya, kimyəvi və bioloji çirklənmə meyarları hesab 
olunur. 
Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri 
torpağın deqradasiyası (eroziya, deflyasiya, təkrar şor-
laşma, şorakətləşmə, bataqlaşma) nəticəsində istifadə-
dən çıxmış torpaq sahələri hesab edilir. Neqativ proses-
lər (açıq üsulla faydalı qazıntıların əldə olunması və ti-
kinti işləri; insan tərəfindən törədilən su eroziyası və 
deflyasiya) torpaq horizontlarının dağılmasına səbəb 
olur, bu proses də torpağın deqradasiyası meyarı vəzifə-
sini görür. Torpağın strukturunun dağılması və bərkimə 
prosesinin inkişafı onun kipliyini artırır, bu da torpağın 
deqradasiyası göstəricisinin mühüm meyarıdır. 
Fitotoksiklik torpağın çirklənməsinin kompleks 
göstəricisi sayılır – çirklənmiş torpağın xassələri toxu-
mun cücərməsini, ali bitkilərin böyümə və inkişafını 
ləngidir (sıxışdırır). Buna test göstərici deyilir. 
Torpaq mikroorqanizmlərinin həyat fəaliyyəti-
nin aşağı düşməsi bioloji deqradasiyanın əlaməti sa-
yılır.
Torpaqda çirkləndirici maddələrin YVK-nın artma 
təkrarı çox olarsa, onların mütəhərrik formalarına görə 
qiymətləndirmək lazımdır.
Ekspert qiymətləndirməyə görə ekoloji fəlakət əra-
zisi üçün məhsuldarlığın azalması 75%-dən artıq, ekoloji 
böhran ərazisi üçün isə 50.....75% qəbul olunması təklif 
edilir (həmin ərazi və bitki üçün kompleks aqrotexniki və 


222
aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində). 
Keyfiyyətə görə normativ tələbata uyğun gəlmə-
yən məhsulun bir hissəsi (pestisidlərin qalıq miqdarı, 
toksiki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öy-
rənilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları) 
çirklənmə dərəcəsinin indiqatorunun əlavə göstəricisi 
sayılır. 
Torpağın vəziyyəti haqqında məlumat əsas göstəri-
cilər və çirkləndirici maddələrin tərkibi üzrə informasi-
yanı əks etdirən ətraflı tematik kartoqrafik materiallar 
şəklində təqdim edilməlidir. 
Cəmiyyət ilə ətraf mühit arasındakı qarşılıqlı mü-
nasibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən 
istifadə etməklə bərabər atmosferin, suyun, havanın, tor-
pağın və s. çirklənməsinin qarşısını alan kompleks təd-
birlər görülməlidir. Əgər əkin dövriyyəsinə əvvəllərdə 
istifadəsi mümkün olmayan yeni torpaqlar cəlb edilirsə, 
əvvəlcə həmin torpaqların yaxşılaşdırılması üçün elmi 
cəhətdən əsaslandırılmış meliorasiya işləri aparılmalıdır 
ki, ətraf mühitə ziyan dəyməsin, yeni meşələrin qırılma-
sına ehtiyac qalmasın, heyvanat aləmi dağılmasın, qrunt 
sularının səviyyəsi qalxmasın və s. 
Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə 
mənfi təsir edən amillərdən biri də torpaqdan, sudan, 
meşədən, mineral maddələrdən istifadə işində müəssisə-
lərin iqtisadi marağının olmaması və bu səbəbdən tə-
sərrüfat fəaliyyətində biganəliyə, məsuliyyətsizliyə yol 
verilməsidir. 


223

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə