Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ətraf mühitin mühafizəsi tədbirlərinə



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə127/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   191
etraf muhitin iqtisadiyyati

4. Ətraf mühitin mühafizəsi tədbirlərinə
sərf olunan xərclərin qrupları 
 
Ətraf mühitin mühafizəsi tədbirlərinə çəkilən xərc-
lərin qrupuna aşağıdakılar aid edilir. Mövcud ehtiyatla-
rın saxlanması xərcləri, ətraf mühitə zərərli maddələr 
atılmasının (axıdılmasının) qarşısının alınması, xərcləri, 
ekoloji ziyanın qarşısının alınmasına istiqamətləndirilən 
xərclər. 
Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial 
xərcləri. 
Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial 
xərcləri üç böyük qrupa bölünür: 
1)
 
Sağlamlıq xərcləri
. Ətraf mühitin çirklənməsi 
xəstəliklər yaradar və vaxtından əvvəl ölümlə nəticələnə 
bilər. Çirklənmənin təsiri ilə insan sağlamlığına birbaşa 
və dolayı zərər ola bilər. Ona görə də sağlamlığa xidmət 
edən təbiəti mühafizə xərcləri hər il artırılır; 
2)
 
Məhsuldarlıq xərcləri.
Ətraf mühitin tənəzzülü 
təbii ehtiyatların və fiziki kapitalın məhsuldarlığını azal-
dır. Bu suyun, torpağın və s. təbii təmizlənməsini ön 
plana çəkməyə imkan vermir. Təbiəti mühafizəyə xərc-
lərin azaldılması təbii proseslərin pozulmasını sürətlən-


237
dirir. Çirklənmə insanlardan təmizliyin saxlanması, on-
ların evlərinin və başqa tikililərin saxlanması üçün bö-
yük xərclər tələb edə bilər; 
3)
 
Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühi-
tin rahatlıq xərcləri
. Açıq hava, toxunulmamış göl, ya-
rarlı meşə, təmiz və sakit yerlər – həyat keyfiyyətini 
yaxşılaşdıran amillərdir. İnsanlar təhlükədə olan bioloji 
növləri, ekoloji sistemi qorumaq və ətraf mühitin rahat-
lığından həzz almaq və ya gələcək nəsillərə belə imkan-
ların yaradılması üçün bəzi xərclərdən və xidmətlərdən 
imtina etməyə hazırdırlar. Ətraf mühitin keyfiyyətini 
kəmiyyətcə təyin etmək daha çətindir, ancaq onun itkisi 
dayanıqlı inkişaf prinsipləri ilə xüsusi ziddiyyətə girir. 
Bununla bərabər müasir nəsil gələcək nəsillərin imkan-
ları ilə güzəşt yaratmadan öz ehtiyaclarını təmin edə bil-
mir. 
Ətraf mühitdən istifadənin iqtisadi qiymətləndirmə 
sistemi ekoloji problemlərin həllində böyük rol oynayır. 
Bu sistem təsərrüfat obyektlərinin öz istehsal fəaliyyət-
lərini ekoloji amillərin uçotu ilə modelləşdirməyə sövq 
edir. Ekoloji-iqtisadi modelləşdirmə ətraf mühitin çirk-
ləndirilməsi ilə bağlı ödəniləcək məsrəflərin minimal-
laşdırılması imkanı verir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə