Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə125/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   191
etraf muhitin iqtisadiyyati

(V)
xərclər üzərində 
(S)
üstünlüyüdür: 
 
V – S ≥ 0


231
 
Təcrübədə investisiya layihələri uzun illər həyata 
keçirilir, ona görə də nəinki bugünki, həm də gələcək 
xərcləri və faydaları, habelə zahiri səmərəni müqayisə 
etməklə (diskontlaşdırma ilə) gələcək dəyərləri bugünkü 
vəziyyətlə müqayisə etmək lazım gəlir: 

( )
Ekoloji faydanı (E) nəzərə alsaq, onda 

( )
Burada, 
NPV
 –
xalis cari dəyər (diskontlaşdırma); 
B
 – 
potensial iqtisadi fayda; 
C
 – 
potensial xərclər; 
E
– ekoloji faydanı əks etdirən ekoloji elementi 
göstərir. 
Əgər təmiz cari dəyər (qiymət - NYP) sıfırdan bö-
yükdürsə, onda layihə səmərəli hesab edilir. Lakin, nə-
zərə almaq lazımdır ki, həyatda (əməli işdə) gələcək po-
tensial gəliri bu günlə müqayisə etsək, qiymətləndirmə-
də (diskontlaşdırma), ekoloji layihə təhrif olunar. Məsə-
lən, meşə 80-100 il ərzində yetişir, diskontlaşdırma əm-
salı (r) yaxud səmərəliliyin normativ əmsalı adətən 8-
12% arasında götürülür.
Bu gün vəsait xərcləyib 1 m
3
oduncağı 100 ildən 
sonra almaq məqsədə müvafiq deyildir. Göstərilən me-


232
todun tətbiqinin nəticələri uzunmüddətli təbiəti mühafi-
zə layihələri üçün əlverişli deyildir.
Belə yanaşma təbii ehtiyatların bugünkü qiymətini 
aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri la-
zımi müdafiə olunmur. Bundan başqa keçmiş dəyərin 
indiki qiymətlərlə ölçülməsi (diskontun yüksək norma-
sı) ehtiyatların tükənməsinə yönəldilir. Yəni bərpa olu-
nan və bərpa olunmayan təbii ehtiyatların işlənməsi həm 
həvəsləndirilir, həm də tezləşdirilir. 
Beləliklə, müasir iqtisadi planlaşdırmada tətbiq 
edilən yanaşma təbii ehtiyatların tükənməsinə səbəb 
olur. Adətən gələcək faydanın ölçülərinin azalması baş 
verir. İndiki iqtisadi fəaliyyət nəsillərin ehtiyatlara olan 
tələbatını gələcək nəsillərin hesabına ödəyir. 
İnvestisiyaların səmərəliliyinin təyini və ətraf mü-
hiti mühafizədə səmərəli variant seçmək üçün mümkün 
olan yanaşmalardan (üsullardan) biri “gətirilmiş xərc-
lər” üsuludur. Bu metodda elə variant tapmaq lazımdır 
ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün xərcləri 
azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd və 
ona tələb olunan xərc lazımdır. Ekoloji və sosial faydanı 
layihənin realizə edilməsi üçün konkret qərar qəbul 
edərkən 2 mərhələdə hərəkət etmək lazımdır. Birincidə 
müəssisə üçün ekoloji normativləri pozan bütün variant-
lar rədd edilir. İkinci mərhələdə ekoloji nöqteyi-nəzər-
dən qəbul edilə bilən ən az gətirilmiş xərcli variant qə-
bul edilir. 
C + rK min...


233
Burada, C-cari istismar xərcləridir; 
r – diskontir əmsalıdır; 
K - əsaslı vəsaitdir. 
Təsvir edilən metod müqayisəli iqtisadi səmərəli-
lik zamanı istifadə edilir. 
Gətirmə və diskontir metodlarının ən əsas fərqlən-
dirici cəhəti xərclərin özünü doğrultma müddətidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə