Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitə atılan zərərli tullantıları üç yolla



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə128/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitə atılan zərərli tullantıları üç yolla 
azaltmaq mümkündür: 
1.
zərərli tullantılar üçün norma və standartların 
müəyyən edilməsi; 
2.
müvəqqəti çirkləndirmə hüququnun lisenziya-
laşdırılması; 
3.
tullantılar üçün ödəniş sisteminin yaradılması. 
 


238
5. Təbiətin mühafizəsinə çəkilən xərclərin 
səmərəliliyini təyin edən üsullar 
Təbii ehtiyatların mühafizəsinin səmərəliliyi xərc-
lərin istiqamətləri və həcmindən çox asılıdır. Ona görə 
də ətraf mühitin mühafizəsinə sərf olunan xərclərə nəza-
rət edilməlidir. Elə ola bilir ki, yüksək səmərə əldə et-
mək üçün çox xərc çəkilməsini tələb etsin. Hər bir halda 
potensial səmərə xərclərdən asılıdır. Xərclərin həcminin 
elə həddi olmalıdır ki, o təbii ehtiyatların mühafizəsi la-
yihəsinin səmərəli olmasını təmin etsin. Xərclərin gəlir-
lərlə müqayisəsi elə olmalıdır ki, vaxt amili nəzərə alın-
maqla cəmi gəlir cəmi xərclərdən çox olsun. Hesabla-
malar göstərsə ki, gələcəkdə əldə ediləcək gəlir xərcləri 
ödəmir, onda layihə səmərəsiz hesab edilir və onun hə-
yata keçirilməsi məqsədəuyğun hesab edilmir. 
Təbiətin mühafizəsi üçün layihələrin (investisi-
yaların) səmərəliliyinin müəyyən edilməsi üçün gəti-
rilmiş xərclər üsullarından 
da istifadə edilə bilər. Bu 
üsulda səmərənin ekoloji-iqtisadi zərərin və s. müəyyən 
edilməsi məsələsi qoyulmur. Başlıcası - əvvəlcədən qar-
şıya qoyulmuş məqsədə nail olmaq üçün, lazım olan 
xərcləri minimallaşdıran inkişaf variantını tapmaqdır. 
Daha doğrusu, yalnız məqsəd və ona nail olmaq üçün 
xərclər əhəmiyyət kəsb edir. Bu layihənin tətbiqindən 
iqtisadi səmərəni müəyyən etmək mümkün olmadığı (və 
ya çox mürəkkəb olduğu) hallarda tətbiq edilir. Gətiril-
miş xərclər metodikasına uyğun olaraq bir neçə variant 
arasından aşağıdakı şərti ödəyən layihə seçilir: 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə