Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə124/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   191
etraf muhitin iqtisadiyyati

i
A

 
i
=0 
 
Burada, 
M
i
– i çirkləndirici maddənin ümumi küt-
ləsi, 
A
i
– (i maddəsinin) nisbi aqressivlik göstəricisidir. 
Bu göstərici həddi yol verilən qatılıq (HYVQ) nəzərə 


229
alınmaqla təyin edilir (1/HYVQ).
Su hövzələrinin çirklənməsindən dəyən ziyanın 
yuvarlaqlaşdırılmış qiymətləndirmə metodu aşağıdakı 
düsturla ifadə edilir: 
Y
B
 = γ • σ
k
 • M 
 
Burada,
γ 
– xüsusi ziyan (şərti ton axıntıya görə-man.) 
σ
k
– müxtəlif su təsərrüfatı sahələri üçün sabit gös-
tərici (konstanta), xüsusi cədvəldən götürülür. 
Ziyan hesablama yolu ilə təyin edilir, həm də məh-
sul hasilatına dəyən xüsusi ziyanın hesablanması ilə də 
təyin edilə bilər. 
Təxmini metodla hesablamalar göstərir ki, cəmiy-
yətə dəyən ziyan hava hövzəsinin çirklənməsindən 60%, 
su hövzəsinin çirklənməsindən 30 % və bərk tullantılar-
la çirklənmədən 10 % təşkil edir. İnkişaf etmiş xarici öl-
kələrdə təbiətdən səmərəsiz istifadəyə görə dəymiş iqti-
sadi ziyan ümumi daxili məhsulun 4-8 % - ni təşkil edir. 
Rusiya üzrə ümumi ziyanın qiyməti 15-17% təşkil edir 
(1990). Azərbaycanda bu rəqəm daha yüksəkdir. 
3. Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər 
 
Təbiəti mühafizə və yeni təbii ehtiyatların xərcləri 
müqabilində böyük nəticələr əldə etmək olar. Yaxud da 
təbii sərvətlərin istehsalına çəkilən xərcləri azaltmaqla 
müsbət nəticələrə nail olmaq olar. Əvvəllər təbiətdən is-
tifadənin səmərəliliyi aşağı idi. Rusiyada kağız məhsulu 
və karton istehsalı müasir texnologiyalar tələb etdiyin-
dən 5-6 dəfə çox meşə qırmaq lazım gəlirdi. Məhsul va-


230
hidinə Rusiyada Yaponiya və AFR-ə nisbətən 3 dəfə 
çox, ABŞ-a nisbətən isə 2 dəfə çox enerji sərf olunurdu. 
Başqa sözlə desək istehsalat həddindən artıq təbii ehti-
yatlar tutumuna malik idi. Sərt iqlim şəraitinə görə Ru-
siyada xərclər çox olsa da, lakin həmin xərcləri xeyli 
azaltmaq olar.
Təbiətdən istifadənin iqtisadi səmərəsinin qiymət-
ləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir: 
-
artıq əldə edilmiş nəticələri qiymətləndirmək; 
-
təbiətdən istifadənin daha məqsədəuyğun varian-
tını seçmək; 
-
optimal ekoloji-iqtisadi effektlərə nail olmaq 
üçün zəruri olan xərcləri həll etmək. 
İqtisadiyyatda həmişə sərvət azlığından ən yaxşı 
variant seçmək üçün imkanlar müəyyən edilməlidir. Bu-
nun üçün xüsusi meyarlar, ölçü vahidləri olmalıdır. La-
yihəni o vaxt həyata keçirmək lazımdır ki, o səmərəli ol-
sun. Bunun üçün ekoloji rifahları (ehtiyatları) qiymət-
ləndirmək lazımdır. Əslində, bu çox mürəkkəbdir, bəzən 
isə mümkün deyildir. Məsələn, baxımlı, gözəl landşaftı 
məhv edib, onun yerində nə isə tikmək təkcə yerli əhali-
yə, yerli dövlətə yox, bütün bəşəriyyətə qarşı ziyandır. 
İqtisadiyyatda seçim mexanizmi kimi xərclərin və 
faydaların (nəticələrin), yaxud səmərənin müqayisə edil-
məsi ortaya çıxır. Bu yanaşma “xərclər və faydalar” 
analizi adını almışdır. 
Normal iqtisadi səmərə potensial faydanın 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə