Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


IX FƏSİL. TƏBİİ MÜHİTƏ ÇƏKİLƏN XƏRCLƏR VƏ ONUN



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə120/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   191
etraf muhitin iqtisadiyyati

IX FƏSİL.
TƏBİİ MÜHİTƏ ÇƏKİLƏN XƏRCLƏR VƏ ONUN 
SƏMƏRƏLİLİYİNİ TƏYİN EDƏN ÜSULLAR 
 
1.
İqtisadi ziyanın təsnifatı; 
2.
Ekoloji təyinatlı ziyanların həcminin təyin olun-
ması; 
3.
Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər; 
4.
Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olu-
nan xərclərin qrupları; 
5.
Təbiətin mühafizəsinə çəkilən xərclərin səmərə-
liliyini təyin edən üsullar. 
 
1. İqtisadi ziyanın təsnifatı 
 
Ətraf mühit ehtiyatlarından istifadə vaxtı iqti-
sadi ziyanlar müxtəlif formada və ölçüdə (həcmdə) 
olur. Bu ziyanın təsnifatını aşağıdakı kimi göstər-
mək olar: 
-
ətraf mühitə çirklənmədən dəyən ziyan
– bura-
ya faktiki və mümkün olan itkiləri aid etmək olar. Bu it-
kilər ekoloji, sosial və iqtisadi itkilərdən ibarətdir. 
-
atmosferin (havanın) çirklənməsindən dəyən zi-
yan; 
-
torpağın çirklənməsindən dəyən ziyan; 
-
su hövzəsinin çirklənməsindən dəyən ziyan. 
Normalaşdırma və standartlaşdırma insan cəmiy-
yəti fəaliyyətinin nizamlanmasında mühüm vasitədir. 
İnsanlar və ətraf mühit arasında qarşılıqlı əlaqənin qay-
daya salınmasında ənənəvi normalardan istifadə edilir. 


224
Müasir anlayışa əsasən ekoloji normalaşdırma (EN) el-
mi, hüquqi, inzibati və digər fəaliyyət sistemi olub, ətraf 
mühitə edilən təsirin yolverilən normalarının müəyyən 
edilməsinə yönəldilmişdir. Ekoloji normalaşdırmanın 
səmərəliliyi aşağıdakı kimi təmin olunur: 
-
normativlərin müasir elm və texnikanın səviyyəsi-
nə ,beynəlxalq standartlara uyğun olması ilə; 
-
obyektivliyi ilə və qanunla tənzimlənməsinə görə, 
belə ki, normativlərin hazırlanması və təsdiq olunması 
dövlətin xüsusi orqanlarının tapşırığı ilə yerinə yetirilir; 
-
ekoloji normativlərin yerinə yetirilməsi bütün təsər-
rüfat başçıları və sahibkarlar üçün məcburi olub, təşkilat-
lar və vətəndaşlar ona tabe olmağa məsuliyyət daşıyır. 
Ekoloji normalaşdırmanın əsasında aşağıdakı prin-
siplər durur: 
-
məqsəd, cəmiyyətin uzun müddətli marağın- xüsu-
si maraqdan, qlobal və regional nəticələrin lokal nəticə-
lərə nisbətən prioritet olması; 
-
qabaqlama normativlərinin hazırlanması, tədqiqat-
ları, planlaşdırılma, təsirdən əvvəl aparılmalıdır; 
-
hüdudluq - təsirin təhlükəli qiymətinin müəyyən 
edilməsi, təhlükə həddini aşmaması üçün ekoloji təhlü-
kəsizlik nizamlanır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə