Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə129/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   191
etraf muhitin iqtisadiyyati

 
X+rk min 


239
Burada, X – cari illik xərclər - man
k – kapital qoyuluşlu – man; 
r – diskontlaşdırma əmsalı. 
Göstərilənlərlə yanaşı, təbii ehtiyatların mühafizəsi 
tədbirlərində atmosferin, suyun və torpağın çirklənməsi-
nin qarşısının alınması üçün xərclər tələb edilir. Bu 
xərclər ekoloji sistemin tarazlığını təmin etməyə və 
çirklənməyə qarşı mübarizə aparılmasına yönəldilir. Tə-
biəti mühafizə və çirklənmənin aradan qaldırılması həd-
dən çox xərc aparır. Ona görə də çirklənmənin optimal 
səviyyəsi tapılır (vektor pulu ilə). Ətraf mühitin mühafi-
zəsi və çirklənmə səviyyəsinin optimallığını təmin et-
mək üçün: 1) tənzimləyici standartlar, 2) maliyyə sank-
siyaları, 3) çirklənmənin məqbul (qənaətbəxş) normalar-
dan istifadə edilir. 
Ekoloji problemlərin qlobal xarakter daşıması bu 
problemlərin həlli üçün ətraf mühitin qorunması istiqa-
mətində tədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hü-
quqi, tərbiyəvi) həyata keçirilməsində geniş beynəlxalq 
əməkdaşlığı tələb edir. Ətraf mühitin qorunması üzrə 
əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə 
inkişaf etməkdədir. BMT bu məsələyə daim diqqət yeti-
rir. 1962-ci ildə BMT-nın XVII Baş Məclisində “Ekolo-
ji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə 
qəbul olundu. Bu qətnamədə qeyd edilir ki, təbiətin mü-
hafizəsi BMT-yə üzv olan bütün dövlətlərin bilavasitə 
vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üz-
rə tədbirlər iqtisadi inkişafla birgə, eyni zamanda aparıl-
malıdır. 
1972-ci ildə Stokholmda BMT-nın ətraf mühit mə-


240
sələsi üzrə konfrans keçirildi. Konfrans “Ətraf mühitin 
mühafizəsi” haqqında bəyanat qəbul etdi və 5 iyun Bey-
nəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu. Su-
yun kompleks istifadəsi və mühafizəsi, torpağın qoru-
nub saxlanması, bərpası və münbitliyinin artırılması, 
meşələrin və heyvanat aləminin mühafizəsi BMT-nın 
ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının 
diqqət mərkəzindədir. Bu təşkilat müntəzəm olaraq təbii 
resursların coğrafiyası, təbii resursların yerləşməsi, 
strukturu və onların uyğunluğunu, iqtisadi qiymətləndir-
mə, mühafizə, təkrar istehsal, rasional istifadə problemi-
ni, eləcədə resursla təmin olunma və resurs bazası və-
ziyyətinin proqnozunu öyrənir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə