Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Çirklənməyə aid olmayan amillərin ləğv edil-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə110/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   191
etraf muhitin iqtisadiyyati

Çirklənməyə aid olmayan amillərin ləğv edil-
məsi üsulu 
nəzarət rayonunun (şərti olaraq) seçilməsinə 
və onun xarakteristikasına əsaslanır. Belə ki, digər amil-
lər (çirkləndirici amillərdən başqa), nəzarət və çirklən-
miş rayonların qəbul etmə səviyyəsinə təsiri təqribi ola-
raq götürülür. Çirklənmiş və nəzarət rayonlarda qəbul 
etmə göstəricilərinin səviyyə fərqi bu rayonlar üzrə çirk-
lənmə səviyyələrinin fərqi kimi izah olunur. 
Təcrübənin nəticəsindən asılı olaraq empirik 
üsul 
öyrənilən resipiyentin (zərər çəkənin) göstəriciləri-
nə təsir edən müxtəlif mühüm amillərin (ətraf mühitin 
çirklənmə səviyyəsi daxil olmaqla) həqiqi qiymətlərinin 
statistik təhlil olunmasına əsaslanır. Bu üsuldan istifadə 


205
olunması bəzi amillər nəzərə alınmaqla zərər çəkənin 
vəziyyəti ilə çirklənmə səviyyəsi arasında empirik asılı-
lığın alınmasına imkan verir. 
Kombinasiya edilmiş (birləşdirilmiş) üsul 
ləğv 
etmə üsuluna əlavə kimi, natural zərərin, çirklənməyə 
təsir edən amillərin təsirindən asılılığı zamanı, nəticələ-
rin araşdırılması zamanı istifadə oluna bilər. 
Birincisi belə bölgü çox mühüm çirkləndirici amil-
lərin zərərə təsirini aşkar etməyə, ikincisi, antropogen 
yüklərin ətraf mühitə təsirin perspektiv dəyişikliklərini 
nəzərə almağa, müvafiq olaraq qəbuledicinin təsirlərlə 
əlaqədar vəziyyətini öyrənməyə imkan verir. 
Zərərin (itkilərin) birbaşa hesablanma üsulu 
hər bir zərər görmüş sahənin çirklənməsinin bütün əla-
mətlərinin dəqiq və konkret olmaqla onların həm də iq-
tisadi qiymətləndirilməsini əhatə edir. 
Ətraf mühitin çirklənməsindən yaranan zərərin iq-
tisadi qiymətləndirilməsi üsulları natural zərəri əvvəlcə-
dən qiymətləndirmədən aşağıdakı hesablama prinsipləri-
nə ayırmaq olar: 
1)
normalaşdırma üsulları; 
2)
analitik üsullar; 
3)
müqayisə etmə üsulları. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə