Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə107/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


199
VIII FƏSİL. 
ƏTRAF MÜHİTƏ ÇİRKLƏNMƏDƏN DƏYƏN 
SOSİAL-İQTİSADİ ZƏRƏRİN MÜƏYYƏN 
OLUNMASI 
 
1.
Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan 
anlayışı; 
2.
Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik iqti-
sadi ziyanın təyin olunması; 
3.
Atmosfer havasının çirklənməsi ilə əlaqədar iq-
tisadi ziyanının təyin olunması; 
4.
Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi 
ziyanının təyin olunması; 
5.
Torpaq ehtiyatlarının vəziyyətinin pozulması və 
çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin olunması. 
1

Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan 
anlayışı 
 
Bəşəriyyətin sosial-maddi mədəniyyətinin inkişa-
fında təbii ehtiyatların əhəmiyyəti böyükdür. Sənayenin, 
kənd təsərrüfatının və digər sahələrin əsası təbii ehtiyat-
lar hesabına ödənilir. Bu ehtiyatlar böyük bir varlıq 
olub, insanlar tərəfindən geniş istifadə edilir. Yenidən 
bərpa oluna bilən bəzi ehtiyatları nəzərə almasaq (xörək 
duzu və s.) əksər mineral sərvətlər tükənən, yenidən bər-
pa olunmayan təbii ehtiyatlardır və onların bərpası in-
sanlardan asılı deyildir. Ona görə də belə təbii ehtiyat-
lardan xalq təsərrüfatında və sənayedə qənaətlə, məqsə-
dəuyğun və itkisiz istifadə edilməli və onların istifadəsi 


200
ilə əlaqədar ətraf mühitə ediləcək mənfi təsir aradan qal-
dırılmalıdır. 
Mineral xammal ehtiyatı kimi qiymətləndirilən tə-
bii sərvətlər əsasən üç qrupa bölünür: metallar, qeyri-
metallar və yanacaq-xammal qrupu, torpaq, su, meşələr 
və bu qəbildən olan sair sərvətlər. 
Metallarda öz növbəsində qara və əlvan metallara 
bölünür. Ağır, yüngül və nadir metallar bu bölməyə aid 
edilir. Qara metallar isə müasir sənayenin (metallurgiya 
və kimya sənayesi, nəqliyyat, dəmiryol, elektrik stansi-
yaları və s.) əsasını təşkil edir. Əlvan və rəngli metallara 
- mis, qurğuşun, kobalt, nikel, alüminium, volfram, mo-
libden və s. daxildir. Qeyri-metallar isə inşaat sənaye-
sində, kimya sənayesində, məişət əşyalarının düzəldil-
məsində, təbabətdə və s. tətbiq olunur. Məsələn, fosfat-
lar, kalium duzları və s. minerallar kağız və rezin səna-
yesində, habelə mineral gübrə istehsalında başlıca xam-
maldır. Yanacaq-xammal qrupuna aid olan neft, təbii 
qaz, torf, daş kömür, yanar şistlər məişətimizin bütün 
sahələrində istifadə olunur. Torpaq, su, meşə və bu qə-
bildən olan sair sərvətlər canlıların, xüsusən insanların 
yaşaması, inkişafı üçün əvəzolunmaz vasitədir. İnsanla-
rın və başqa canlıların ərzaq məhsullarına, gündəlik tə-
ləbat mallarına ehtiyacları bu ehtiyatlar hesabına ödəni-
lir. Ona görə də bu sərvət - ehtiyatlarından səmərəli isti-
fadə olunmasına, onun zəhərli maddələrlə çirklənməsi-
nin və təbiətdən səmərəsiz istifadə vaxtı ziyanın qarşısı-
nın alınmasına böyük əhəmiyyət verilməlidir.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə