Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


sahəsində aşağıdakılar nəzərdə tutulur



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə179/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   191
etraf muhitin iqtisadiyyati

sahəsində aşağıdakılar nəzərdə tutulur: 
-
cəmiyyətdə 
ekoloji birliklərin və mütəxəssis 
kadrların peşə hazırlığını yüksəltmək
məqsədi ilə 
məktəbəqədər, məktəb, orta ixtisas və ali təhsilin bütün 
mərhələlərində mütəxəssislərin hazırlanması və ixtisas-
larının artırılmasını əhatə edən ekoloji tərbiyənin və təh-
silin ardıcıllığı və fasiləsizliyi təmin edilməlidir; 
-
əhali arasında ekoloji biliklərin yayılması məqsə-
di ilə dövlət orqanları və ictimai birliklər tərəfindən 
kütləvi informasiya vasitələri ilə qanunvericiliyə zidd 
olmayan təbliğat işləri aparılmalıdır; 
-
tədris müəssisələrində, onların profilindən və 
mülkiyyət formasından asılı olmayaraq ekologiyanın 
əsaslarının tədrisi nəzərdə tutulmalıdır. Bu məqsədlə qa-
nunun tələblərinə uyğun tədris proqramları tərtib edilir 
və dərsliklər hazırlanır; 
-
ətraf mühitə zərərli təsir göstərən fəaliyyətlə bağ-
lı olan vəzifəli şəxslər məcburi qaydada lazımi ekoloji 
hazırlığa və ətraf mühitin mühafizəsi sahəsində qanun-
vericiliyin əsaslarına dair biliklərə malik olmalıdır. 
Ekoloji təhsil və maarifləndirmə sahəsində idarəet-
məni həyata keçirən dövlət hakimiyyəti və yerli özü-
nüidarəetmə orqanlarına, təhsil müəssisələrinə əhalinin 
maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər 
aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir. 
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sa-
həsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakı-
lardır: 
-
ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kə-
sə bərabər şəraitin yaradılması; 


338
-
orta təhsil sistemində ekoloji biliklərin tədrisinin 
icbariliyi; 
-
ekoloji təhsil və maarifləndirmə prosesinin fasilə-
sizliyi; 
-
ekoloji təhsil və maarifləndirmə sahəsində aşkar-
lığın təmin olunması; 
-
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
siyasətinin həyata keçirilməsində əhalinin və qeyri-hö-
kumət təşkilatlarının iştirakına şərait yaradılması. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə