Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


fatı sahələrinə cəlb edilən torpaqların haqqının ödə-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə69/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   191
etraf muhitin iqtisadiyyati

fatı sahələrinə cəlb edilən torpaqların haqqının ödə-
nilməsinin qarşıya qoyulmasıdır.
Bunun əsasını təbii 
sərvətlərə çəkilən xərclər təşkil edir. Lakin bu xərclər 
həmin sərvətlərdən alınan məhsullardan əldə edilən 
gəlirin cüzi hissəsini təşkil edir. Belə şəraitdə faydalı 


131
qazıntı xammalına, suya, torpağa, qırılan meşələrə, kor-
lanan bitki örtüyünə görə ödəmə haqqı çox məhdud 
çərçivədə iqtisadi mülahizələrə əsaslanır. Ən keyfiyyətli 
xammaldan istifadə müqabilində çoxlu gəlir əldə etmək, 
müəssisənin “rentabelliyini” artırmaq məqsədilə əlavə 
xərc və əmək sərfinə yol verməmək üçün xammaldan 
kompleks istifadə etməyə səy göstərilmir, bəzi hallarda 
isə bundan imtina edilir. Təbii sərvətlərdən müəyyən 
vaxt (illik, beşillik plan tapşırıqları) ərzində az xərc, 
əmək və maddi məsarif sərfi şəraitində çox gəlir əldə et-
mək, bunun sosial təbiət qoruyucu cəhətlərini nəzərə al-
mamaq bir sıra xoşagəlməz hadisələrlə nəticələnir. Elmi 
tədqiqat işlərinin nəticəsi göstərir ki, əhaliyə, istehsala, 
ekoloji mühitə, təbiətə zərər yetirən belə hadisələrin ara-
dan qaldırmasına sərf edilən külli miqdarda xərclər, əv-
vəlcədən onların qarşısının alınmasına yönəldilə bilən 
xərclərdən xeyli çoxdur. Burada bir cəhəti də nəzərə al-
maq lazımdır ki, havanın, suyun, torpağın çirkləndiril-
məsi, torpaqların kimyalaşdırılması, kənd təsərrüfatı zi-
yanvericilərinə qarşı mübarizə tədbirləri hesabına insan-
ların səhhətinə, bioloji aləmə dəyən zərərin miqdarının 
və nəticəsini ölçmək mümkün deyildir. 
Emaledici dağ-mədən sənaye müəssisələrinin bu 
və ya digər xammala olan tələbatının minimum əmək və 
vəsait sərfi müqabilində nəzərdə tutulmuş vaxt ərzində 
ödəmək, bir sıra sosioloji, təbiəti mühafizə problemləri-
ni yaddan çıxarmaq, bir qayda olaraq ən keyfiyyətli, 
müəssisə üçün “sərfəli” olan sərvətlərdən istifadə etmə-
yə vadar edir. Belə olduqda xalq təsərrüfatı üçün zəruri 


132
olan, lakin nisbətən “kasıb tərkibli” , “keyfiyyətsiz” 
sərvətlər əvəzsiz olaraq itirilib istifadə mübadiləsindən 
çıxarılır. Xalq təsərrüfatının müasir tələbatı şəraitində 
“itirilmiş” sərvətlərin təkrar çıxarılması ilk istismar vax-
tına nisbətən daha çox əsaslı vəsait qoyuluşu və əmək 
sərfi tələb edir. 
Azərbaycanın bir sıra neft mədənlərində keçmişdə 
bəsit, az səmərəli texnika tətbiqi şəraitində məhsuldar 
laylardan qalan küllü miqdarda neftin baha başa gələn 
şaxta və təkrar üsulla çıxarılması xalq təsərrüfatının ya-
nacaq və xammala olan müasir tələbatından irəli gəlir. 
İstismar prosesində yerin təkində qalmış və ya torpağa 
qarışdırılmış “keyfiyyətsiz” xammal sərvətlərinin yeni-
dən çıxarılmasının mürəkkəb proses olmasını və xeyli 
baha başa gəlməsini nəzərə alaraq, xammalın əvvəlcə-
dən səmərəli istifadəsini təşkil etmək iqtisadi, təbiəti 
mühafizə cəhətdən daha faydalıdır. Ətraf təbii mühitin 
mühafizəsini də nəzərə almaqla, 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə