Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə65/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin 
əsas göstəricisi təkcə çıxarılan xammalın dəyəri de-
yil, həm də onların istifadəsindən alınan iqtisadi sə-
mərədir. 
Bu halda qiymət, ölçü funksiyasını yerinə ye-
tirərək, həmin növ məhsulda orta məsrəf göstəricilərini 
əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya 
malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir və bu-
na görə də qiymətləndirmə obyekti kimi ehtiyatlar icti-
mai istehlak dəyərinə malikdir. 
Təbii ehtiyatların iqtisadi dəyəri bir neçə üsulla 
müəyyən edilir: 
1)
Bazar qiymətləri


126
2)
Rentanın ödənilməsi; 
3)
Xərclərin qiymətləndirilməsi; 
4)
Alternativ dəyər; 
5)
Ümumi iqtisadi dəyər. 
Təbii ehtiyatların qiymətləndirilməsinin bu üsulla-
rının heç də hamısı tam əsaslandırılmamışdır. Bu üsullar 
əsasında təqribi iqtisadi dəyər müəyyən edilir. Renta 
əsasında təbii ehtiyatların qiymətləri daha yaxşı işlənib 
hazırlanmışdır. Burada təbii ehtiyatların ödənilən qiy-
məti (yaxud icarə haqqı) başa düşülür. Renta üsulu ilə 
qiymət: 
 
P=R/r
kimi hesablanır. 
Burada, 
P
-torpaq ehtiyatının qiyməti, 
R
- rentanın 
illik miqdarı, 
r-
əmsal (vahiddən kiçik olmaqla) bank 
faizinin korrelyasiya əmsalıdır. 
Təbii ehtiyatların hazırlanması və istifadəsinə çə-
kilən xərclərin cəmi, ehtiyatın xərclərə görə qiymətlən-
dirməsi hesab edilir. Alternativ dəyər əldən çıxmış də-
yər kimi başa düşülür. Təbii ehtiyatların iqtisadi dəyəri 
a) real dəyər (həqiqi), b) potensial dəyər (gələcəkdə isti-
fadə imkanı nəzərə alına bilən) və c) ehtiyatın mövcud-
luğunun əhəmiyyəti nəzərə almaqla müəyyən edilir. 
Elmi-texniki inqilabın və məhsuldar qüvvələrin in-
kişafı şəraitində, eləcə də məhsulların pərakəndə satış 
qiyməti siyasətindən asılı olaraq mineral xammal sərvət-
lərinin qiymətləndirilməsi təkmilləşdirilir. Bu və ya di-
gər təbii sərvətlər texniki tərəqqi şəraitində istifadə pro-


127
sesində kəmiyyət və keyfiyyət dəyişikliyinə uğrayır, ar-
dıcıl olaraq müxtəlif sahələrdə əmək predmeti və əmək 
aləti, istehsal vasitəsi kimi çıxış edir. Məsələn, dəmir, 
polimetal, alunit filizləri təkcə metal alınması üçün de-
yil, həm də kimyəvi, tikinti, şüşə, aqronomik xammal 
üçün də geniş istifadə edilir. Göründüyü kimi, mineral 
xammal sərvətlərinin faydalılığı təkcə onun təbii keyfiy-
yətlərindən asılı deyildir. Elmi-texniki tərəqqinin və 
məhsuldar qüvvələrin inkişafından, ictimai tələbatdan 
və təbii sərvətlərin kompleksliyindən asılı olaraq bu və 
ya digər ilkin məhsulların faydalılığı da dəyişir.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə