Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə73/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   191
etraf muhitin iqtisadiyyati

3.Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun 
tənzimlənməsi 
Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii var-
lıqların (sərvətlərin), insanların istehlak rifahı üçün tələb 
olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii 
sərvətlərdən istifadə etməli və öz fəaliyyəti ilə təbiətə 
təsir göstərməlidir. 
Cəmiyyətin inkişafında təbii mühit müsbət və 
mənfi rola malikdir. Təbii şərait əlverişli olan ərazi-
lərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait 
yaratmaqla yanaşı, təbii ehtiyatların istehsal dövriy-
yəsinə cəlb olunması daha da intensivləşir.
Əksinə
təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi 
donuşluğun olması yeraltı və yerüstü təbii sərvətlərin is-
tehsala cəlb olunmasını gecikdirir və istehsal sahələrinin 
səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tari-
xən Avropa ölkələrində təbii mühitin əlverişli olması 
bütün dövrlərdə mütəmadi ehtiyatların səmərəli istifadə-
sinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli inkişa-
fına təsir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir 
və Uzaq Şərqdə və digər ərazilərdə təbii mühitin sərt və 


140
daimi donuşluğun olması bu ərazilərdə olan təbii resurs-
ların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş, 
əhali məskunlaşmasını və yeni sənaye şəhərlərinin baş-
qa ərazilərlə müqayisədə inkişafını ləngitmişdir. Təbiət-
lə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq 
olunması müasir elmin qarşısında duran vacib problem-
lərdəndir. 
Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti 
məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə alma-
dan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanla-
rın bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai
münasibətlərə daxil olduğunu dərk etmədən başa düş-
mək olmaz. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə