Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ətraf mühit və təbiətdən istifadənin müasir



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə76/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   191
etraf muhitin iqtisadiyyati

4. Ətraf mühit və təbiətdən istifadənin müasir 
vəziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli 
 
“Ətraf mühiti mühafizə” və “Təbii ehtiyatlardan 
səmərəli istifadə” bir-biri ilə əlaqəli anlayışlardır. Odur 
ki, onlar əlaqəli proseslərə malikdirlər. 
Müasir şərait 
ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli 
istifadə edilməsini tələb edir.
Predmetin nisbətən 
cavan, əhatə dairəsinin mürəkkəb və çoxsahəli olması 
ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi mə-
sələlərinin təkmilləşdirilməsini tələb edir. İnsanın geniş 
istehsal fəaliyyəti üçün xammal ehtiyatlarına və ərzaq 
ehtiyatlarına olan tələbatı, enerji ehtiyatlarına olan tə-
ləbatı və s. ödənilir. Ətraf mühitin çirklənməsi və bunun 
nəticəsində təbiətdə baş verən dəyişikliklər atmosferi, 
hidrosferi, litosferi əhatə edir. Çirklənməni törədən 
şəraitdən asılı olaraq bu proses qlobal xarakter daşıyır 
və biosferi və bütün planeti əhatə edir. Yer qabığı müx-
təlif geoloji dövrlərdə yaranmışdır. Burada maqmatik, 
çöküntü və metamorfik süxurlardan təşkil olunan və 
bəşəriyyətə lazım olan qiymətli sərvətlər toplanmışdır. 
Bu sərvətlər geoloji axtarışlar nəticəsində yer səthinin 
bu və ya digər rayonlarında aşkarlanır və cəmiyyətin 
tələbatına uyğun olaraq istifadə olunur. Mineral sər-
vətlər əmək vasitələrinin mənbəyi olmaqla çox adda 
məhsullar alınmasında istifadə olunur. Eyni zamanda 
belə sərvətlər əmək cismi rolunu oynayırlar. Mineral 


144
xammal sərvətlərinin istifadəsi ilə bağlı olan mühüm 
məsələlərdən biri də onların iqtisadi cəhətdən qiymət-
ləndirilməsidir. Azərbaycan Respublikasının ərazisi 
müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zən-
gindir. Aparılan geoloji kəşfiyyat nəticəsində həmin 
faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və istifadəyə 
verilmişdir. Dənizin təbii ehtiyatları dünyada maddi is-
tehsalın ən mühüm mənbələrindən biri hesab edilir. O, 
sənaye üçün xammal, enerji ehtiyatlarına malik olmaqla, 
əlverişli nəqliyyat şəraiti və rekreasiya ehtiyatlarının 
təbii konfortu üçün əvəzedilməz əhəmiyyət kəsb edir. 
Əhalinin sahil zonasında məskunlaşması və ərazinin 
tədricən mənimsənilməsi əsasən iki amilin təsirindən 
daha çox asılıdır. Təbii şəraitdən və ölkənin sosial iqti-
sadi inkişaf səviyyəsindən asılı olaraq elmi-texniki tə-
rəqqinin yeni yüksək mərhələsində çoxsahəli sənayenin 
və kənd təsərrüfatının sürətlə inkişafı, müxtəlif nəqliy-
yat növlərinin çoxalması təbiətdən və təbii sərvətlərdən 
daha geniş istifadə olunması ilə nəticələnir. Qoruqlar 
elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiy-
yəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir. 
Ətraf mühitin mühafizəni tarixən təbiət və cəmiyyətin 
qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin 
rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbit-
liyi və iqtisadi qiymətləndirilməsi qarşılıqlı əlaqədə həll 
edilməlidir. Ətraf mühitin mühafizəsi problemi bəşəriy-
yət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı 
vaxtda atmosfer və okeanlara külli miqdarda ziyanlı 
maddələr atılır(axıdılır), meşələr məhv edilir. Bütün 
bunlar güclü surətdə dünyanın özü özünü məhvinə apa-


145
rır. Ozon dəlikləri, iqlimin istiləşməsi, bir çox heyvan 
növlərinin məhv olaraq yoxa çıxması bizim həyat sürdü-
yümüz mühitin müəyyən qədər tükəndiyini göstərir. 
Odur ki, planetin və onun sakinlərinin həyatı insanların 
bundan sonrakı aktivliyindən asılı olacaqdır.
 
Hazırda bu ekoloji problemlə bütün dünya ölkə-
ləri qarşı - qarşıya gəlmişlər. Hesab olunur ki, ətraf mü-
hitin çirklənməsi probleminə daha çox Amerika və Av-
ropanın sənayeləşmiş ölkələri məruz qalmışlar. Ancaq o 
qədər də çox vaxt keçmədən bu problem bütün inkişaf 
etməkdə olan ölkələri öz ağuşuna alacaqdır. Odur ki, ar-
tıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi 
ortaya çıxmışdır. Məlumdur ki, hər hansı xoşagəlməz 
hadisənin qarşısını almaq daha asandır, nəinki sonradan 
onun nəticələrini aradan qaldırmalı olasan. 
Ətraf mühitdən istifadənin müasir vəziyyəti ilə 
əlaqədar qarşıda duran məsələlərindən ən başlıcası ətraf 
mühitin mühafizəsi problemidir. Yaranmış bütün iqtisa-
di, hüquqi, sosial-siyasi və təşkilati-təsərrüfatçılıq me-
xanizmlərini, məhz bunlar ətraf mühiti “möhkəmlik hü-
duduna” gətirib çıxarırlar. Odur ki, ətraf mühitin çirk-
lənməsinin ən son yüksək səviyyəyə çatmasını gözlə-
mək olmaz. Dünya birliyi anlamışdır ki, bunun indidən 
qarşısı alınmalı, dünyanın məhv olma təhlükəsi aradan 
götürülməlidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə