Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə75/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   191
etraf muhitin iqtisadiyyati

qədim və orta əsrlər dövrünü
əhatə 
etməklə əkinçiliyin inkişafı dövrü kimi xarakterizə olu-
nur. Bu mərhələdə artıq cəmiyyət torpaq sahələrinin ge-
nişləndirilməsi və ondan, təsərrüfat sahələrindən öz 
məqsədlərinə uyğun istifadə etməsi, sənətkarlığın mey-
dana gəlməsi, nəqliyyatın primitiv vasitələrinin (qoşqu 
və yaxud heyvanların gücünə əsaslanan) dövriyyəyə 
cəlb olunması, yeni yaşayış məskənlərinin yaradılması 
mərhələsi kimi xarakterizə olunur. Digər bütün nailiyyət 
bu mərhələdə ondan ibarətdir ki, insan cəmiyyəti artıq 
heyvanların əzələ enerjisindən, küləyin və suyun gücün-
dən istifadə etməklə enerji almaq imkanlarına malik 
olurlar. Enerji istehsalının meydana gəlməsi insanın tə-
biətə təsirini əvvəlki dövrlərə nisbətən artırır; 
3.
Cəmiyyətin inkişafının üçüncü mərhələsi 
səna-
ye mərhələsi
kimi səciyyələnir. Bu mərhələ insan cə-


142
miyyətinin yüksək səviyyədə istehsal vasitələrinin inki-
şafı sayəsində təbii mühitə və təbii ehtiyatlara intensiv 
təsir göstərən mərhələsi kimi qiymətləndirilir. Bu mər-
hələdə insan cəmiyyəti təbiətə təsiri gücləndirməklə 
yüksək səviyyədə maddi nemətlər istehsalına şərait ya-
radır. Yer kürəsinin regionlarda təbii ehtiyatlardan isti-
fadəsi artdıqca insanın maddi rifahının yaxşılaşdırılması 
və insan cəmiyyəti tam şüurlu surətdə təbiətin qanu-
nauyğunluqlarını dərk edir. Ehtiyatlar potensialından is-
tifadə etməklə təbii mühitin mühafizəsi məsələlərini ön 
plana çəkir. 
Məlumdur ki, təbiətlə cəmiyyət arasında qarşılıqlı 
əlaqə mövcuddur. Bu əlaqə cəmiyyətdə təbiətin, əskik-
liklərin vəhdəti və mübarizəsi qanununa müvafiq inkişaf 
edir. İnsan cəmiyyəti özünün spesifik sosial qanunları 
əsasında təbiətə təsir göstərir. Buna görə də insanla tə-
biət arasında qarşılıqlı əlaqə mürəkkəb olur.
Elmi-texniki inqilab, insanların getdikcə artan tələ-
batının ödənilməsi məqsədilə, onların təbiətə təsir dairə-
sini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi tək-
cə biosfer, hidrosfer, litosfer və atmosferlə məhdudlaş-
mayaraq, kosmik fəzaya da nüfuz etdi. 
Ümumi bəşəri tərəqqi – təsərrüfat sahələrinin nis-
bətində, məhsuldar qüvvələrin tərkibində, texnika və 
texnologiyada, məhsulların növ tərkibində, istehsal is-
tehlakı və şəxsi istehlakında, keyfiyyət dəyişikliyində 
müşahidə olunur. 
Nəticədə nəinki insanın təbii proseslərə müdaxilə-
sinin xarakteri, həm də bu müdaxilənin nəticəsinin xa-
rakteri dəyişir. Sərvətlərdən istifadə edərkən insan eko-


143
logiyanı qorumalı, gələcək nəsilə mənfi təsir izləri bu-
raxmamalıdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə