Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Əhalinin ərzaqla təminatı problemləri



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə77/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   191
etraf muhitin iqtisadiyyati

 
5. Əhalinin ərzaqla təminatı problemləri 
 
Məlumdur ki, ərzaq təhlükəsizliyi milli və beynəl-
xalq xarakter daşımaqla hər bir insanın və qrupun məna-


146
feyini əhatə edir, siyasi, iqtisadi və sosial mahiyyət daşı-
yır. 
Ərzaq təhlükəsizliyi ölkənin müdafiəsi, onun iq-
tisadi və sosial təhlükəsizliyinin, milli qüdrətinin 
möhkəmləndirilməsinin əsas amili kimi böyük əhə-
miyyət kəsb edir.
Hər bir ölkə mövcud torpaq, su, ener-
ji, xammal və əmək ehtiyatlarından, coğrafi və təbii şə-
raitindən asılı olaraq özünün ərzaq təhlükəsizliyini təmin 
etməyə çalışır. 
Ərzaq təhlükəsizliyi cəmiyyətin hər bir üzvü-
nün etibarlı ərzaq təminatını əsas ərzaq məhsulları-
na fizioloji normalara uyğun ödənilməsi deməkdir və 
ölkənin milli səviyyədə iqtisadi və sosial dayanıqlığı 
deməkdir
. Ona görə də ərzaq məhsulları ilə etibarlı 
beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin 
zəruri tərkib hissəsi kimi dünyanın əsas siyasi-iqtisadi 
siyasət istiqamətinə çevrilmişdir. 
Məlumdur ki, 
1980-ci illərdə “yaşıl inqilab”
nəti-
cəsində ərzaq istehsalı artsa da, dünyada ərzaq çatışmaz-
lığı, aclıq kimi problemlər, əhalinin alıcılıq qabiliyyəti-
nin aşağı olması özünü göstərməyə başladı. 2000-ci ildə 
Nyu-Yorkda 147 ölkənin iştirakı ilə minilliyin inkişaf 
məqsədlərində yoxsulluğun və aclığın aradan qaldırıl-
ması əsas hədəflərdən biri kimi müəyyənləşdirildi. 
Dünya əhalisinin artımı, əkinə yararlı torpaq sahə-
sinin azalması, suvarma suyunun qıtlığı, ekoloji vəziyyə-
tin kəskinləşməsi, baş verən iqlim dəyişiklikləri və təbii 
fəlakətlər ərzaq problemini qlobal məsələ kimi ön plana 
çəkmişdir. Bununla əlaqədar 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə