Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə80/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 
 
 
 


152
Cədvəl 8. 
2012-ci ildə illik adambaşına ərzaq məhsulları 
istehlakı (kq., nəfər) 
 
 
Çörək Kartof 
Tərəvəz 
 və
bostan 
Meyvə 
Ət və
 ət məh. 
Süd və
süd
məh-rı 
Yumurta 
(ədəd) 
Azərbaycan 
144 
63 
98 
75 
32,4 
294,4 
155 
Rusiya 
119 
110 
106 
60 
63 
246 
271 
Avstraliya 
53 
98 
110 
112 
208 
Belarusiya 
93 
183 
144 
58 
88 
252 
310 
Böyük 
Britaniya 
105 
89 
128 
84 
249 
187 
Gürcüstan 
98 
127 
31 
15,6 
71,1 
98 
Qazaxıstan 
108 
195 
48 
71 
205 
Qırğızıstan 
135 
99 
150 
29 
39 
213 
82 
Moldova 
116 
60 
115 
43 
38 
170 
190 
Niderland 
94 
83 
139 
85 
357 
327 
ABŞ 
91 
54 
123 
113 
113 
273 
246 
Tacikistan 
155 
28 
97 
14 
130 
10 
Özbəkistan 
157 
23 
120 
29 
33 
160 
53 
Ukrayna 
110 
139 
163 
53 
51 
205 
310 
Cədvəl məlumatlarından göründüyü kimi istehlak 
edilən ərzaq məhsulları ölkələr üzrə bir-birindən 5-10 
dəfə fərqlənir. Yəni bir ölkədə müəyyən məhsulla əhali 
yüksək səviyyədə təmin olunursa, başqa ölkədə ərzaq 
təminatı bu məhsul üzrə çox aşağı səviyyədə təmin olu-
nur. Ona görə də hər bir ölkə ərzaq balansını təmin et-
mək üçün ardıcıl və sistemli tədbirlər görməlidirlər. 
Qeyd edək ki, 
2013-cü il 5 fevral tarixində 
“Azərbaycan Respublikası regionlarının sosial-iqti-
sadi inkişafı Dövlət Proqramlarının icrasına həsr 
olunmuş konfrans”da
Azərbaycan Respublikasının 
Prezidenti İ.Əliyev göstərmişdir ki, “....Azərbaycanda 
ərzaq təhlükəsizliyi 100% daxili istehsal hesabına təmin 


153
edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məh-
sulları ilə böyük dərəcədə təmin edə bilmişik....Ət və ət 
məhsullarının özünü təminetmə səviyyəsi 94%-dir, quş 
əti 92%-dir, ...yumurta ilə 96,5%, süd və süd məhsulları 
ilə 75%, taxılla 65%, üzümlə 94%, kartofla 98%, bostan 
məhsulları ilə 100%, meyvə və giləmeyvə 126%, 
tərəvəz 100%, şəkər və şəkərdən hazırlanan məhsullar 
124%, bitki yağları və marqarin 70%, kərə yağı 50%.” 
Qeyd edək ki, qlobal səviyyədə ərzaq təhlükəsizli-
yi ilə bağlı fəaliyyət 35 beynəlxalq təşkilat tərəfindən 
həll olunur. Onlar istehsalat, idxal, ərzaq yardımı, əhali-
nin ərzaqla təmin edilməsi və ərzaq ehtiyatlarının təşkil 
edilməsi üzrə uzunmüddətli proqram hazırlayaraq, döv-
lətlərin sabit iqtisadi inkişafı üçün münasib zəmin yara-
dır. Bu sahədə aparıcı rol FAO, Kənd Təsərrüfatı İnkişa-
fı üzrə Beynəlxalq Fond kimi ixtisaslaşmış təşkilatlara 
məxsusdur. Bilavasitə ərzaq təhlükəsizliyi məsələləri ilə 
BMT-nin Baş Assambleyasının tabeçiliyində olan Ümum-
dünya Ərzaq Şurası və Dünya Ərzaq Proqramı (BMT və 
FAO-nun ərzaq yardımı göstərmək məqsədilə yaranmış 
birgə orqanı) məşğul olur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə