168
yişiklikləri müəyyən etmək məqsədilə orqanizmin özü-
nün uyğunlaşma imkanları hələlik hərtərəfli öyrənilmə-
mişdir. İnsanlara təsir edən zərərli maddələrin kəmiyyət
və
keyfiyyətinin sosial-iqtisadi, ekoloji cəhətdən qiy-
mətləndirilməsi kompleks tədbirlər sırasına daxildir. Bu
sahədə nəzərə çarpan çətinliklər ondan ibarətdir ki, ayrı-
ayrı ölkələrdə tullantıların ətraf mühitə təsiri müxtəlif
səpgidə olur. Belə şəraitdə istər dünya miqyasında, is-
tərsə də Respublikalarda ətraf
mühitin çirklənməsinin
ekoloji, sosial-psixoloji nəticələri kifayət dərəcədə öyrə-
nilməmişdir.
Əhalinin urbanizasiyasının, istehsalın təmərküzləş-
dirilməsinin təbiətə etdiyi təsirin kəmiyyət və keyfiyyət
göstəricilərini iqtisadi səpgidə öyrənmək böyük əhəmiy-
yət kəsb edir. Konkret orqanizmə olan təsir dairəsini
araşdırmaq elmi əsaslar üzərində aparılmalıdır.
Ətraf təbii mühitin optimallaşdırılmasının elmi cə-
hətlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ya-
şından, təhsildən, peşəsindən asılı
olmayaraq əhalidə,
cavanlarda təbiətə şüurlu, ehtiyatlı münasibət bəsləmək
və təbiəti qorumaq üçün onları
vətənpərvərlik ruhunda
tərbiyə etmək lazımdır.
Dostları ilə paylaş: