Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə96/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühit üç funksiyanı tə-
min edir: 
1) təbii ehtiyatlarla təminat; 
2) tullantı və çirkləndiricilərin assimilyasiyası; 
3) insanların rekreasiya, estetik zövq və bu kimi 
təbii xidmətlərlə təmin edilməsi. 
Bu üç funksiyaya təbii ətraf mühitin vahid baş 
funksiyasının komponentləri kimi də baxıla bilər. 
Qeyd etmək lazımdır ki, nə mərkəzdən planlaşdırı-
lan iqtisadiyyat nə də, bazar iqtisadiyyatı təmiz ətraf 
mühitin, təbii ehtiyatların real əhəmiyyətini qiymətlən-


182
dirmək, onların həqiqi qiymətini müəyyən etmək iqtida-
rında olmamışlar.
Təbii ehtiyatların real qiymətləri bazar iqtisadiy-
yatında səmərəli mexanizmlərdən biri ola bilər. Müəssi-
sələrdə təbiətdən qeyri-səmərəli istifadə zamanı onların 
nəzərə alınmaması istehsal göstəricilərinin pisləşməsinə 
gətirib çıxarır ki, bu da özünü maliyyə nəticələrində 
göstərir. 
Təbii ehtiyatların qiymətlərinin nəzərə alınması in-
kişaf alternativlərin iqtisadi səmərəliliyinin əsaslandırıl-
mış şəkildə müəyyən edilməsinə imkan verərdi. Qiy-
mətlərin tətbiq edilməsi əsaslı tikinti variantlarının seçi-
minə böyük təsir göstərə bilər. Məsələn, tikinti üçün kənd 
təsərrüfatında istifadə edilə və məhsul verə biləcəyinin 
nəzərə alınması, tikinti obyektinin maksimal yığcamlaş-
dırılması və ya səmərəsiz torpaq sahələrinin cəlb edilmə-
si hesabına bahalaşması və investisiya layihəsində dəyi-
şikliklər aparılması məqsədəuyğunluğunu aşkar edə bilər. 
Təbii ehtiyatların real qiymətləndirilməsi iqtisadiy-
yatda ehtiyatlara qənaətlə istifadəyə mane olur. Təbii eh-
tiyatların itkilərinin, iqtisadiyyatın təbiət tutumluğunun 
yüksəlməsinin əsas səbəblərindən biri də avadanlıqların 
aşınmasının bütün yol verilən normaları aşmasıdır. Neft-
çıxarma sənayesindəki vəziyyət Azərbaycan iqtisadiy-
yatının texnogen inkişafı üçün səciyyəvidir. Təbii ehti-
yatların qiymətlərinin ölkənin milli sərvətinə daxil edil-
məsi məqsədəuyğundur. Bu vaxta qədər milli sərvətin 
tərkibinə yalnız əsas fondların, maddi dövriyyə vəsaitlə-
rinin və əhalinin şəxsi əmlakının daxil edilməsi ekoloji 
amilin lazımi səviyyədə qiymətləndirilməməsini sübut 


183
edir. Bununla belə, bu qiymət milli sərvətin əsas tərkib 
hissəsi olaraq ölkənin təbii potensialını əks etdirir. Bu 
potensial ictimai sərvətlə (yığılmış istehsal və qeyri-is-
tehsal fondları) yanaşı bir çox hallarda milli təsərrüfatın 
perspektiv inkişafını müəyyən edir. 
Praktiki tədbirlərin əsasını təşkil edən iqtisadi qiy-
mətləndirilmənin konsepsiyası, ətraf mühit və onun eh-
tiyatları tərəfindən göstərilən xidmətlərə görə ödəməyə 
hazırlığından ibarətdir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə