Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvət- lər sırasına salınması məqsədəuyğun sayılır. Bir çox qiymətləndirmələrə görə milli sərvətlərin 40%-dən çoxu müasir statistikada nəzərə alınmır. BMT və bəzi ölkələrə iqtisadi inkişafın əsas göstə-
179
ricilərində “yaşıl” ölçmələr üçün cəhd göstərirlər. Xüsu-
sən, yaşıl hesabların hazırlanmasına başlanmış və ya
ekoloji-iqtisadi uçot sistemi tətbiq edilir. İnteqrallaşdı-
rılmış iqtisadi və ekoloji göstəricilər sistemi təklif edilir:
-
humanitar inkişaf indeksi (BMT), normal həyat
üçün zəruri olan ömrün uzunluğunu, bilik səviyyəsini və
təbii ehtiyatlara malik olmanın səviyyəsini nəzərə alır;
-
sabit iqtisadi rifah indeksi (səmərəsiz təsərrüfat-
çılığın ekoloji xarakterli xərclərini nəzərə alan kompleks
göstərici).
Sabit iqtisadi maddi rifah indeksinin müəlliflərin-
dən biri Q.Dali göstərir ki, ekoloji “həqiqətlər” qiymət-
ləndirilməlidir. Real komponentləri makro və mikro sə-
viyyədə iqtisadi göstəricilərin tərkib hissəsi kimi qiy-
mətləndirmək lazımdır.
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi – sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir. Bu iki əsas funksiyanı yerinə yetirir:
-
elmi (nəzəri), yəni “nəyə malikik, nəyimiz var-
dır?” sualına cavab verir;
-
həvəsləndirici (stimullaşdırıcı).
Təbii ehtiyatlara düzgün qiymət verməklə bir çox
problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə:
-
təbii ehtiyatların istifadəsinin variantlarının növ-
bəlilik dərəcəsini seçməklə;
-
təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən
zərəri və təbiəti mühafizə xərclərinin effektini (səmərə-
sini, xeyrini) qiymətləndirməklə;
-
təbiətdən səmərəli istifadənin stimullaşdırılması
üzrə tədbirlərin əməli rolunu qiymətləndirməklə;
-
təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirklən-
180
dirməyə görə ödəmənin məbləğinin, vergilərin qoyul-
masının, icarə ödəmələrinin əsaslandırılması ilə.