Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə102/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   191
etraf muhitin iqtisadiyyati

5. Yekun nəticə üsulu.
Geniş yayılmış bu üsula 
görə yalnız o təbii ehtiyatların iqtisadi qiyməti (dəyəri) 
var ki, onlar gəlir gətirsin. Başqa sözlə sərvətin qiyməti 
ilkin məhsulun pulla ifadəsi ilə təyin edilir. Çünki, təbii 
ehtiyatların istismarı əsasən onun emalı sayəsində isteh-
lak olunur. Həmin qiymət eyni zamanda əldə edilmiş gə-
lirlə cari xərclərin fərqi kimi də təyin edilir. 
Ətraf mühitdən səmərəli istifadə nöqteyi-nəzərdən 
bu üsulun da xeyli nöqsanı vardır. Əvvələn, istənilən tə-
bii ehtiyat üçün ilkin məhsulun dəyərini təyin etmək ol-
mur. Məsələn, xam neft müəyyən əmtəə dəyərinə malik-
dir, halbuki sudan gəlirin ilkin məhsul kimi ayrılması 
mürəkkəb problemdir. Əgər o, əmtəə (məsələn, mineral 
su) deyilsə, yalnız içmək üçün yararlıdır. İkincisi, ehti-


192
yatın istifadəsindən gəlir həm birbaşa, həm də dolayısı 
ola bilər ki, onları adekvat qiymətləndirmək çox mürək-
kəbdir. Bu, xüsusən, rekreasiya (istirahət) məqsədi ilə 
istifadə edilən təbii ehtiyatlara, iqlim amillərinə aid edi-
lə bilər. Üçüncüsü, bu üsulda vaxt amili nəzərə alınmır. 
İstifadə edilməyən ehtiyatın bu üsulla qiyməti təyin 
edilməyən ehtiyat ola bilər ki, hər hansı ərazini mənim-
səyəndə istifadə edilsin (hətta qıt olsun); 
6. Xərc-resurs üsulu.
Bu üsulda təbii ehtiyatın 
qiyməti müəyyən edilərkən onun mənimsənilməsinə çə-
kilən xərc, istifadəsindən gələn gəlirlə birləşdirilir. Bu 
üsulun üstünlüyü ondadır ki, bu üsulla alınan qiymət əv-
vəlkilərdən çox olacaqdır. Bu isə təbii ehtiyatların səmə-
rəli istifadəsində stimullaşdırmaya imkan yaradır. La-
kin, bunun da yuxarıdakı üsullara xas olan nöqsanları 
vardır; 
7. Renta üsulu.
Əksər alimlər təbii ehtiyatların 
qiymətləndirilməsində bu üsulu ən düzgün hesab edirlər. 
Lakin, bu nəzəriyyənin izah olunması çox müxtəlifdir, 
onun hesablanması üçün təklif edilən yollar da mürək-
kəbdir. Bir çox təbii ehtiyatlar üçün hələ heç işlənməmiş-
dir. Bu mürəkkəblik və qeyri-müəyyənlik qiymətlərin və 
ödəmələrin renta qiymətləndirilməsini çətinləşdirir. Onun 
müəyyən pozitiv momentləri aşağıdakılardır: 
a)
renta qiymətləndirilməsində ən yaxşı ehtiyatın 
qiyməti də yüksək olur; 
b)
ehtiyatın mənimsənilməsinə çəkilən xərc orta 
qiymətlə ölçülür, deməli, bu qiymətləndirmə daha ob-
yektivdir; 
c)
ehtiyat mülkiyyətçisi ilə ondan istifadə edən ara-


193
sında (renta ödəmələri üçün) bölgü əsaslandırılmışdır; 
ç) renta qiymətləndirməsi təbii ehtiyatın məhdudiy-
yət faktını nəzərə alır; 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə