Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə99/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   191
etraf muhitin iqtisadiyyati

 
P = 

( )
 
Qiymətləndirmə müsbətdirsə, o zaman həmin ehti-
yatı təsərrüfat fəaliyyəti sferasına cəlb etmək məqsədə 
uyğundur. Təbii sərvətin mənimsənilməsi üçün üsulların 
çox olduğu halda, o zaman ən yaxşı qiymətə malik va-
riantı seçmək lazımdır. 
Renta qiymətləndirilməsi müqayisəli məhsuldarlı-
ğı, eyni adlı ehtiyatların istifadəsinin səmərəliliyini əks 
etdirir. Onlar aşağıdakı təsərrüfat vəzifələrinin (məsələ-
lərinin) həlli üçün tətbiq edilir: 
-
təsərrüfat şəraitinin yaradılması və təbii ehtiyatla-
rın differensial renta mülkiyyətçisinin xeyrinə ayrılması; 
-
layihənin ən yaxşı variantının əsaslandırılması; 
-
təbii ehtiyatlara görə bazar qiymətlərinin və ödə-
mələrin (ehtiyatların) əsaslandırılması. 
Renta gəliri təmiz halda təbii ehtiyatların yalnız is-
tehsal amili kimi qiymətləndirilməsinə yönəldilir. Bura-
da sosial, estetik və s. keyfiyyətləri nəzərə alınmır; 


187
2)
Ehtiyatların qiymətləndirilməsinin xərc (mə-
xaric) üsulu
aydın və başa düşüləndir. Bu üsul təbii ri-
fah amillərinin tənəzzülü və ya itirilməsi zamanı bərpa 
edilməsinin qiymətləndirilməsi üçün istifadə edilir. Eyni 
zamanda kompensasiya edici potensial xərclər də nəzər-
də tutulur. Həmin xərclər itirilmiş və ya zədələnmiş eh-
tiyatlar, onların əvəzediciləri ilə əvəz olunmalıdır. Tor-
paqların qiymətləndirilməsinin xərc konsepsiyasını bə-
zən 1 hektar xam torpağın mənimsənilməsi üçün nəzər-
də tutulur. Eyni zamanda, xərc üsulunda su təsərrüfatı 
sistemlərində suya görə ödəmələr də nəzərə alınır. 
Təbii ehtiyatların istifadəsi ilə əlaqədar olan 
xərclər 3 elementi özündə birləşdirir: 
-
Birbaşa xərclər-məhsulun hasilatı (çıxarılması), 
istehsalı, yaxud toplanması ilə əlaqədar olurlar; 
-
Zahiri, ekoloji (dolayısı) xərclər; 
-
İstifadə xərcləri-tükənmə xərclərinin eynidir və 
gələcəkdə məhsulun dəyərinin azalmasını nəzərdə tutur. 
Hər üç element ilk növbədə tükənən ehtiyatların 
istifadəsi zamanı özünü göstərir. 
Bu metodun başlıca cəhəti aşağıdakılardan ibarət-
dir: ehtiyat keyfiyyətcə nə qədər yaxşıdırsa, onun qiy-
mətləndirilməsi bir o qədər asandır, belə ki, hazırlığa və 
istifadəyə az xərc tələb olunur; bəzən bu xərclər üsulunu 
qapayıcı xərclər üsulu adlandırırlar. 
Qapayıcı xərclər ictimai bəraət qazanmış xərclərin 
həddidir. Bu hədd həyati əvəzolunmaz təbii rifah ehti-
yatlarının alınması üçün eksponensial funksiya kimi ar-
tır. Bu isə təbii ehtiyatların iqtisadi qiymətinin artmasına 
aparır. Yəni, bu xərclər ən çox qapayıcı xərclərdir. Tələ-


188
bat artdıqca, həddi yol verilən (qapayıcı) xərclər artır. 
Qapayıcı xərclər vasitəsilə rentanı təyin etmək olur. Bu-
nun üçün həddi xərclərdən fərdi xərcləri çıxmaq lazım-
dır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə