Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Dəyərin subyektiv qiymətləndirilməsi üsulu



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə101/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   191
etraf muhitin iqtisadiyyati

2. Dəyərin subyektiv qiymətləndirilməsi üsulu

Bu normal bazarlar olmayanda istifadə edilir. Bu üsul ba-
zar qiymətlərini fərdiyyətlərlə aydınlaşdırmaq yolu ilə 
ekoloji rifahlar toplusunun qiymətlərini təyin etməyə 
əsaslanır. Bu metod eyni zamanda sorğu və ya üstünlük 
vermə metodu adlanır. Həmin məqsədlə anket sorğusu da 
keçirilir və qeyri-bazar əmtəələrinin (indiyədək pulsuz 
olan) qiyməti sorğu yolu ilə təyin edilir. Metodun məqsə-
di–sorğu aparılanların nəğd pulla ödəmək hazırlığını öy-


190
rənməkdir. Sorğu üsulu o vaxt səmərəli olur ki, sorğuya 
cəlb edilmiş əhali seçilmiş məsələyə maraq göstərən 
adamlardır, onlar qiymətləndirilən ehtiyatı almaq üçün 
pul verməyə hazırdırlar. 
Subyektiv qiymətləndirmə metodu elə qiymətə aid 
edilir ki, o qiymət real bazar şəraitində satılacaq ekoloji 
obyekt üçün verilə bilsin. Sonuncu qəbul olunmuş stav-
ka ödəməyə hazırlığın maksimum məbləğini təşkil edir. 
“Ödəməyə (almağa) hazırlığın” orta qiymətini adamla-
rın sayına (xeyir götürən adamların) vurub rifahın (ehti-
yatın) qiymətini tapırlar; 
3. Nəqliyyat-yol xərcləri metodu (səyahət xərc-
ləri)
-əhalinin rekreasiya obyektinə gəlmək üçün nəqliy-
yat xərcləri obyektin qiymətinin əvəzləyicisi kimi qəbul 
edilir, onun tezliyi isə alınmış “əmtəənin” miqdarını (sa-
yını) ifadə edəcəkdir. Yol xərclərində, gediş-gəlişin tezli-
yində olan dəyişmələr rekreasiya tələbatı əyrisinin qurul-
masında istifadə edilir. Daimi yaşayanların və gələnlərin 
yol xərcləri nəzərə alınır. Bu metod istehlakçıların seçi-
mini (üstünlük vermələrini) aşkar edir. Bu metodla Keni-
yada park və qoruqların qiyməti müəyyən edilmişdir.
Bəzi hallarda ekoloji rifahların müəyyən edilmə-
sində xüsusi qiymətləndirilmədən istifadə edilir. Bu üsul 
ilə rifahın (gedonistik) qiymətini əmlak (torpaq) qiyməti 
vasitəsilə dolayısı yolla təyin edirlər. Metodun əsas şərti 
alıcının alacağı malın (əmtəənin) ekoloji xüsusiyyətləri 
barədə qayğı göstərmək və həmin böyük məbləği ödə-
mək hazırlığıdır. Obyektin ümumi qiymətləndirilməsin-
də ekoloji elementin təxmini payı aşkar edilir. Moskva-
da satın alınan və dəyişdirilən mənzillərin statistikasına 


191
əsasən müəyyən edilmişdir ki, ekoloji təmiz rayonlarda 
mənzillərin qiyməti orta hesabla 12 % çox olur. Eyni 
vəziyyəti Bakı şəhərindəki ekoloji təmiz rayonlar haq-
qında da demək olar. Bu metod çoxlu miqdarda infor-
masiya toplanmasını tələb edir
4. Xərc üsulu.
Bu üsula əsasən təbii ehtiyatların 
qiymətləndirilməsi onların hasilatına, mənimsənilməsi-
nə yaxud istifadəsinə çəkilən xərcin həcmi ilə təyin edi-
lir. Keçmiş SSRİ-də sənaye müəssisələrinin götürdüklə-
ri suya görə ödəmələrin həcmi bu prinsipə əsaslanırdı. 
Həmin üsulun çatışmayan cəhəti orasında idi ki, yüksək 
keyfiyyətli ehtiyat, mənimsəmə üçün daha rahat ərazidə 
yerləşərsə, az dəyərə malik qiymətləndirilir, halbuki 
onun istehlak qiyməti “pis” sərvətə nisbətən daha yuxa-
rıdır. Bu üsul təbiətdən səmərəli istifadənin həvəsləndi-
rilməsində tətbiq edilə bilməz

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə