Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə100/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   191
etraf muhitin iqtisadiyyati

R
1
=(C
z
-C
f
) • q
1
.
Rentanı daha dəqiq qiymətləndir-
mək üçün ehtiyatın məhsuldarlıq əmsalını, eyni zaman-
da gələcək xərclərin və nəticələrin də əmsalını bilmək 
zəruridir. 
Təbii sərvətlərin qiymətləndirilməsinin üsulları 
çoxdur.
İndi isə xaricdə işlənmiş və tez-tez tətbiq olu-
nan, son illər isə Rusiyada və MDB ölkələrində istifadə 
edilən subyektiv (dolayısı) metodları nəzərdən keçirək. 
Bütövlükdə: 
1.
 
Dolayısı (subyektiv) qiymətləndirmə
üsulları 
mahiyyət etibarı ilə təbii sərvətlərə tələbat əyrilərinin 
qurulması sayəsində əldə edilir. Tələbatın funksiyalarına 
birbaşa üstünlük vermək (seçmək) yolu ilə (şərti qiy-
mətləndirmə) sorğu vasitəsilə, həmçinin aşkar edilmiş 
üstünlüklər üsulu ilə təyin etmək olur: a) nəqliyyat xərc-
ləri – gedonstik (həyatda zövq üçün yaranmış sərvətlə-
rə) qiymətlər üsulu. Dolayı üsullar sərvətlərin yalnız 
təxmini qiymətini verir. Qiymətləndirmənin dəqiqliyini 
bir sıra metodların eyni obyektə tətbiqi yolu ilə əldə et-
mək olar. Bəzən təsərrüfat sahəsində qərar qəbul etmək 
üçün təqribi qiymətin olması da kifayətdir. Dolayı üsul-
lardan biri alternativ qiymət konsepsiyasıdır (əldən çıx-
mış fayda). O, müəyyən dərəcədə xərc (məxaric, sərf) 
konsepsiyası ilə əlaqədardır. Alternativ qiymət nə qədər 
az olarsa, rifahı qoruyub saxlamaq üçün iqtisadi itki də 
bir o qədər az olacaqdır. Alternativ qiymət (dəyər) ehti-
yatı müxtəlif məqsədlər üçün istifadə edərkən əldə edi-


189
lən faydadır. Təcrübədə ondan “qoruma (saxlama) dəyə-
rini” ölçmək üçün istifadə edirlər. Bu isə nəzərdə tutu-
lan resursun əvəzləyicisini axtarmaq üsuluna əsaslanır. 
Məsələn, ABŞ-da HES-nın tikintisi Nell dərəsinin (kan-
yon) unikal təbiətini məhv edə bilərdi.
HES-dən alınan fayda təbii obyektin itirilməsinin 
yerini verə bilməyəcək. Eyni misalları vaxtilə Azərbay-
canda tikiləsi Tovuz (Kirzan) və Xudafərin HES-in qiy-
mətləndirilməsi zamanı əldə edilən nəticələr göstərmiş-
dir. Alternativ qiymət üsulu istiqamətlənmiş dəyərin tə-
yin edilməsi yolu ilə əldə edilir. Ümumi iqtisadi qiy-
mətləndirmə üsulu isə istifadə dəyəri ilə istifadə etmə-
mək dəyərinin (qeyri-istehlak qiyməti) toplanmasına 
əsaslanır. Ən asan yol rifahın istifadəsinin birbaşa qiy-
mətini təyin etməkdir, çünki o, hiss ediləndir və öz qiy-
mətinə malikdir. İstifadə qiymətinin ikinci hissəsini – do-
layısı qiyməti tapmaq xeyli çətindir. İstifadə etməmək 
dəyərini təyin etmək isə daha çətindir, çünki söhbət təbii 
rifahın gələcək istifadəsindən gedir. Nəzərə alınmayan 
komponentlərin varlığı ümumi iqtisadi qiymətləndirmə-
nin əhəmiyyətini azaldır; 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə