Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə97/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   191
etraf muhitin iqtisadiyyati

İqtisadi qiymətlərin təyin edil-
məsində bir sıra yanaşmalar mövcuddur. Onlar aşa-
ğıdakılara əsaslanır: 
-
Rentaya; 
-
Xərclər yanaşmasına; 
-
Alternativ dəyərə; 
-
Ümumi iqtisadi qiymətlərə (dəyərə); 
-
Subyektiv qiymətləndirməyə və s. 
Yuxarıda adları çəkilən rifahların iqtisadi qiymət-
ləndirilməsi metodlarını məqbul hesab etmək olar. On-
ların ümumi çatışmayan cəhəti qiymətlərin aşağı salın-
masıdır (uzlaşdırılmasıdır). Ona görə də, təbii ehtiyatla-
rın bazar qiymətləri real ictimai xərcləri və gələcəkdə 
əldə ediləcək qiymətləri əks etdirmir. Ənənəvi bazar 
yalnız təbii ehtiyatlarla təminatı qiymətləndirir. Tullan-
tıların və çirklənmənin assimiliyasiyası kimi funksiyalar 
bazar sistemində öz əksini tapmır.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əsa-
sən birbaşa hesablama metodları və yaxud dolayısı yolla 
təyin edilirlər. Təbii rifahların və xidmətlərin iqtisadi 
qiymətləndirilməsi onların bazar dəyəri ilə uyğun gəl-
məyə bilər. Lakin o, təbii obyektlərin icarəyə verilmə-


184
sində, daşınmaz əmlaka vergilərin hesablanmasında və 
s. mütləq nəzərə alınmalıdır. 
Hazırda ekoloji rifah və xidmətlərin qiymətləndi-
rilməsi genişləndirmə üsulu, tam iqtisadi qiymət kon-
sepsiyasına əsaslanır. Tam iqtisadi qiymətləndirmənin 
əsas istiqamətləri aşağıdakılardır: 
1)
istifadənin qiyməti (əhəmiyyəti); 
2)
istifadə ilə əlaqədar olmayan qiymət. 
Öz növbəsində istifadə qiyməti həm birbaşa, həm 
də dolayısı istifadədən ibarətdir. Ekoloji rifahlardan fak-
tiki və birbaşa istifadə qiyməti əldə olunan gəlirin kö-
məyi ilə ölçülə bilər. Dolayısı istifadənin qiyməti este-
tik, rekreasiya və s. tələbatların ödənilməsi sayəsində əl-
də edilən əlavə gəlir ilə ölçülür.
İstifadə ilə əlaqədar olmayan qiymət 3 elementdən 
ibarətdir:
a)
təxirə salınmış alternativ qiymət (gələcək istifa-
dənin verəcəyi fayda); 
b)
irs qiyməti (gələcək nəslin istifadə edəcəyi fay-
da); 
c)
həyat (mövcudolma, yaşayış) qiyməti (təmiz, 
rəngarəng və məhsuldar ətraf təbii mühitin faktiki verdi-
yi fayda). 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə