178
Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə
bazar, nədə qiymətləndirmə) bu funksiyaların real qiy-
mətini vermək qabiliyyətində deyildir. Keçmiş SSRİ-də
uzun illər təbii sərvətlər pulsuz istifadə olunmuşdur, heç
kimə də mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə
israfçılığa səbəb olmuşdur. Göstərilənləri qiymətləndir-
mək üçün real qiymətlər lazımdır. O cümlədən, təbii ri-
fah komponentlərini də qiymətləndirmək lazım gəlir.
Lakin, həmişə təbii ehtiyatların qiymətləndirilməsi müs-
bət olmalıdır. Təcrübədə hər hansı bir rifahın “sıfır” qiy-
məti də ola bilər, əgər onun fiziki itkisi cəmiyyət üçün
həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə müşayiət
olunmursa.
Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və
dərk edərək təbii ehtiyatların payını, iştirak dərəcəsini
təsərrüfat fəaliyyətində əməyin nəticələrində formalaşan
dəyər və qiymət göstəricilərini aşkar etmək, müəyyən-
ləşdirmək, dəqiqləşdirmək, kəmiyyət amillərini təyin et-
mək zəruridir. Təbiət ehtiyatların qiymətləndirilməsi hər
hansı problemin həll edilməsində alternativ variantların
seçilməsinə daha əsaslı imkan verə bilər. HES-lər ener-
jinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab
edilir. Lakin, hesablamalardan məlum olur ki, geniş sa-
hədə su altında qalmış məhsuldar torpaqların ekoloji-iq-
tisadi itkisi (zərəri) hiss edilir və elektrik enerjisindən
alınan səmərədən çoxdur.
Dostları ilə paylaş: