Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə89/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   191
etraf muhitin iqtisadiyyati

İnsanın təbiətə münasibətinin 
optimallaşdırılması təkcə mütəxəssislərin-texnoloqla-
rın, alimlərin deyil, bu mühüm işə cəmiyyət üzvləri-
nin hamısı cəlb edilməlidir.
Lakin, təbiətə və texnikaya 
qayğı və münasibətin düzgün tərbiyə edilməsi müəyyən 
psixoloji maneələrlə əlaqədardır. Hər hansı ölkə, iqtisadi 
rayon, respublika daxilində təbii sərvətlərin, ətraf təbii 
mühitin mühafizəsinin elmi əsaslarını ali və orta ixtisas 
təhsili məktəblərdə tədris etmək də məqsədəuyğundur. 


169
Bu sahədə kütləvi mətbuat vasitələrindən geniş istifadə 
edilməlidir. 
Təbii mühitin optimallaşdırılması inzibati, iqti-
sadi, hüquqi, texnoloji, ekoloji təsirlərin dəqiq uzlaş-
dırılmasını tələb edir.
Belə olmasa, ən ciddi cəhətlər və 
tədbirlər belə səmərəsiz qalar. Qeyd etmək lazımdır ki, 
müxtəlif tabeçilik şəraitində təbiəti mühafizə həyata ke-
çirilən “idarə” səciyyəli tədbirlər, adətən, səmərəsiz 
olur. Məsələn, suvarma kanallarının və su anbarlarının 
tikilməsi energetika və nəqliyyat sahələrində sərfəli ol-
duğu halda, balıqçılıq təsərrüfatına böyük ziyanlar vu-
rur. Buna görə bunlar istehsal və ekoloji səpgidə müəy-
yən ziddiyyətlər əmələ gətirir. 
Təbii ehtiyatlar daşınan və daşınmaz əmlakdan
(torpaq, su, meşələr, minerallar və s.) 
ibarətdir.
Bu eh-
tiyatlar - əmlak bazarı, torpaq bazarı və s. iqtisadi müna-
sibətləri əhatə etməklə və s. ətraf mühitdən istifadənin 
iqtisadiyyatının əsas obyektləridir. 
Burada əmlakın – 
torpağın, faydalı qazıntıların (filiz, neft və s) qiymət-
ləndirilməsi və uçotu, qeydiyyatı sistemi yaradılır, 
planlaşdırılması, vergiyə cəlb edilməsi tətbiq edilir.
Bu iqtisadi sahələr arasında iqtisadi əlaqələrin tənzim-
lənməsində mühüm rol oynayır. Təbii sərvətlərin uçotu 
və qeydiyyatı investisiya qoyulması, icarə hüququ, borc, 
istifadə, girov hüququ və digər münasibətləri tənzimlə-
məyə əsas verir. Burada yerli idarəetmə orqanlarının hü-
quqları təmin edilməlidir. Bu sərvətlər üçün qanunveri-
ciliyə uyğun onun istifadəsi və vergiyə cəlb edilməsi 
dövlətin maraqlarını təmin etməlidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə