Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə90/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   191
etraf muhitin iqtisadiyyati

Vergilərin tətbiqi 


170
həm də həmin torpaq, digər sərvətlərdən düzgün isti-
fadə edilməsi və qorunması məqsədi daşıyır.
Ona gö-
rə də bu sərvətlər qiymətləndirilir. 
Qiymətləndirmə - 
hesablanmış və ekspertiza olunmuş sərvətin dəyəri-
nin müəyyən edilməsidir. Bu qiymətləndirmə iqtisadi 
münasibətlər, əqdlər bağlanması və vergi bazarının 
müəyyən edilməsi üçün vacibdir. 
Əmlakın vergiyə cəlb edilməsi təcrübəsi aşağı-
dakıları nəzərdə tutur: 
1)
vergi bazarı; 
2)
vergiyə cəlb olunan sərvətin tərkibi; 
3)
müxtəlif subsidiya və vergi güzəştlərinin tətbiqi; 
4)
vergi ödəyicilərinin tərkibi; 
5)
büdcəyə vergi daxil olmaları; 
6)
vergilərin alınma qaydaları. 
Təbii sərvətlərin vergiyə cəlb edilməsi ölkələr üzrə 
fərqlənir. Əsas prinsip - verginin bazar qiymətlərinə uy-
ğun dərəcələr müəyyən edilməklə həyata keçirilməsidir. 
Bu əsas prinsipdir. 
Vahid torpaq vergisinin tətbiqi çox az ölkədə tət-
biq edilir. Vergi ödəyiciləri əsasən mülkiyyətçilər və 
icarəçilərə bölünür. Vergi bazasının müəyyən edilməsi 
və əmlakın qiymətləndirilməsi yuxarı inzibati orqanlar 
tərəfindən həyata keçirilir. 
Vergilər “Azərbaycan Respublikası Vergilər Mə-
cəlləsi” ilə tənzimlənir. Vergilərin müəyyən edilməsi və
ödənilməsi qaydaları bu qanunla həyata keçirilir. 
Torpağa, suya, meşə sərvətlərinə əsaslanan tədbir-
lərin həyata keçirilməsində ortaya çıxa bilən zərərli hal-


171
lara qarşı ciddi tədbirlərin həyata keçirilməsi əsaslandı-
rılmış layihə sənədlərinə malik olmalıdır. Təbii sərvət-
lərdən istifadə edilməsinə ətraf mühitin optimallaşdırıl-
masına aid ümumi nəzəriyyənin işlənilməsi və həyata 
tətbiqi müxtəlif elmlərin birgə səyi və vəzifəsidir. Bu 
məsələnin həllində biologiya, meteorologiya, coğrafiya, 
fizika, kibernetika kimi elmlər də böyük rol oynaya bi-
lər. Lakin, bu tədqiqatların mərkəzində müxtəlif elmlər-
lə yanaşı coğrafiya elmi durmalıdır, çünki bu elm təbiətə 
daha yaxındır və həmin nəzəriyyəyə kompleks səciyyə 
vermək imkanın malikdir. Kompleks yanaşma anlayışı-
nın məzmununu, ətraf mühitin mühafizəsi, təbii sərvətlə-
rin səmərəli istifadə edilməsi, eləcə də bütövlükdə bu 
problemin optimallaşdırılması haqqında mövcud duru-
mu nəzərdən keçirək. 
Ümumiyyətlə hər hansı obyektin tikintisinə, istifa-
dəyə verilməsinə, mühafizəsini başlamaq, bunların opti-
mal səviyyəsini təyin etmək üçün həmin obyektlər haq-
qında təbii-iqtisadi təsəvvürə malik olmaq lazımdır. 
Təəssüf ki, elmi və kütləvi ədəbiyyatda bu haqda hələ 
də mühüm çatışmazlıq mövcuddur. Bunun əsasını təbii 
obyektlərin coğrafi cəhətdən kifayət qədər qiymətləndi-
rilməsi təşkil edir. Texniki tərəqqinin geniş inkişafına 
daha doğrusu, cəmiyyətin təbiətə təsirinin gərgin vaxtı-
na qədər ədəbiyyatda çox işlənən “təbii mühit” sonralar 
“ətraf təbii mühit” anlayışı ilə əvəz edilir. Bu anlayışın 
ortaya çıxmasına əsas səbəb müasir əhali məskunlaşma-
sı və istehsal prosesində şəhərləri, xüsusilə sənaye mər-
kəzlərini əhatə edən mühitin çirklənməsi, bununla əla-


172
qədar təbiətdən əldə edilən maddi nemətlərin kasadlaş-
ması olmuşdur. İndi ədəbiyyata “təbii mühit”, “təbiət”, 
“ətraf təbii mühit”, “coğrafi mühit”, “ekologiya”, “bios-
fer” kimi terminlər də daxil edilir. “Təbiət” hər bir mə-
kan və zaman daxilində bütün dünyanı əhatə edən ümu-
mi anlayışdır. Təbii sərvətlərdən istifadə edilməsinin 
optimallaşdırılmasının ərazi və sahələrarası aparılması 
mühüm şərtdir. Ərazi-istehsal miqyası təbii mühitin op-
timallaşdırılmasının mühüm obyektidir. Belə halda təbii 
sərvətlərin istifadəsinin səmərəli və optimal yollarını 
müəyyən etmək ekoloji mühitin saflaşdırılmasında, iqti-
sadi inkişafın təşkilində vacib şərtdir. Əhali sivilizasiya-
sına, istehsalın təmərküzləşməsinə malik olan rayonlar-
da təbii landşaftların “mədəni landşaftlarla” əvəz edil-
məsi o vaxt səmərəli olar ki, təbiətlə insanlar arasındakı 
qarşılıqlı vəhdət pozulmasın, insanlar təbiətə olan qay-
ğını heç də maddi və mənəvi tələbatdan geri qoymasın. 
Təbiətin mühafizəsi tədbirləri coğrafi, ekoloji, sosioloji 
tədqiqatlar şəraitində səmərəli ola bilər. Bu məqsədlə 
geosistemik təbii “mexanizmlərinin” formalaşmasını, 
onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını, insanın 
geosistemə etdiyi təsirlərin texnogen dəyişikliklərə da-
vamlılığını öyrənmək lazımdır. Müxtəlif torpaq-iqlim 
zonaları daxilində landşaftlar üzrə təbii şəraiti və sərvət-
ləri təhlil etməklə yanaşı, geosistemin yararlı ünsürlərini 
qiymətləndirmək, geosistemdə baş verən antropogen də-
yişikləri, onların quruluşunu və proqnozunu şərh etmək, 
təbii sərvətlərin istifadəsi və mühafizəsi üçün elmi su-


173
rətdə əsaslandırılmış tövsiyələr hazırlamaq ətraf mühiti 
mühafizə tədbirlərinin tərkib hissəsidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə