Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ətraf mühit və təbiətdən istifadənin



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə87/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   191
etraf muhitin iqtisadiyyati

 
3. Ətraf mühit və təbiətdən istifadənin 
optimallaşdırılmasında vergi sisteminin rolu 
 
İnsanla təbiət arasında qarşılıqlı münasibətlə-
rin yaradılmasında faydalı qazıntıların emalı vaxtı 
texnoloji üsulların təkmilləşidirilməsi vacibdir. Təbii 
mühitin optimallaşdırılmasında mütərəqqi texnoloji 
üsullar başlıca olaraq bir sıra sahələri əhatə edir: 
a) 
istehsalın təbiətə etdiyi təsirin optimallaşdırılması, zə-
rərli ünsürlərin aradan qaldırılması, suyun, havanın tə-
mizlənməsi, təbiəti çirkləndirən müəssisələrdə istehsal 
və emal proseslərinin təkmilləşdirilməsi, təbii sərvətlə-
rin mənimsənilməsi və istifadəsi işlərinin planlaşdırıl-
masının yaxşılaşdırılması; b) müasir texniki və texnoloji 
proseslər tətbiqi əsasında tullantısız və az tullantı verən 
istehsalın, xammal və hazır məhsulun daşınmasının tək-
milləşdirilməsi bunların əsasını təşkil edir. Faydalı qa-
zıntıların kimyəvi üsulla çıxarılması, yerin altında daş 
kömürün qazlaşdırılması, filizin qələviləşdirilməsi, duz-
ların əridilməsi, neft və qaz yataqlarının şaxta üsulu ilə 


165
istismarı indi böyük səmərə verir. Cəmiyyət qarşısında 
duran mühüm problemlərdən biri də gələcəkdə yeni və 
mütərəqqi enerji qurğularının tikilməsi ilə “təmiz” enerji 
mənbələrindən, atom, günəş, külək enerjisindən, dəniz 
və okean dalğalarının gücündən səmərəli istifadə edil-
məsidir. Müasir dövrdə üzvi yanacağın qıtlığı şəraitində 
istilik enerjisinə nisbətən su enerjisindən istifadə edil-
məsinin çox böyük üstünlüyü vardır: SES-lər baha başa 
gələn yanacaq işlətmir, atmosferə zərərli qazlar, his, 
qurum buraxmır. SES-lərin fəaliyyətinin yaxşılaşdırıl-
masının mühüm yollarından biri də onların tikilməsi, 
çoxlu kapital qoyuluşu şəraitində sudan səmərəli istifadə 
edilməsi və su mənbələrini çirkləndirən zərərli təsirlərin 
aradan qaldırılmasıdır. Mənfi cəhət ondan ibarətdir ki, 
onlar su mənbələrinə isti su tökür ki, bunlar da suda 
havanın, qazın dövranını pozaraq, faydalı faunanın inki-
şafını məhdudlaşdırır, suyun tərkibini pozur. 
İstər elektrik stansiyalarında, istərsə də sənaye müəs-
sisələrində suyun qapalı dövran üsulu ilə işlədilməsi 
yüksək iqtisadi və ekoloji səmərə verir. Bu yolla ölkə-
mizin iri sənaye müəssisələrində 1966-cı ildə 65 km
3

1970-ci ildə 98 km
3
, 1979-cu ildə 130-132 km
3
, 1984-cü 
ildə 155-160 km
3
su işlədilmişdir ki, bu da həmin sahə-
lərdə sərf edilən təmiz suyun 65-70 %-nə qənaət etməyə 
imkan verir. SES-dən fərqli olaraq İES-lər külli miqdar-
da üzvi yanacaq – təbii qaz, mazut, daş kömür, torf, ya-
nar şist, antrasit və s. işlədir. Bunların müxtəlif tərkibi 
tullantıları ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı bit-
kilərinin məhsuldarlığını aşağı salır, əhalinin sağlamlığı-
na mənfi təsir edir. Belə zərərli halların qarşısını almaq 


166
məqsədilə mütərəqqi ekoloji texnikadan geniş istifadə 
edilməsi, sənaye müəssisələrində, elektrik stansi-
yalarında tullantısız texnoloji üsulların tətbiqi, xamma-
lın kompleks emalı təşkil edilməlidir. 
Müharibədən sonra ölkəmizin iri şəhərlərindən kə-
nara minlərlə sənaye müəssisələri köçürülmüşdür. Bu-
nun nəticəsində havaya, suya, torpağa buraxılan zərərli 
tullantıların miqdarı xeyli azalmışdır. Həmin müddətdə 
Bakı şəhərindən də bir sıra böyük sənaye müəssisələri, o 
cümlədən: sement zavodu, tütün fabriki, çoxlu asfalt, 
beton sexləri və s. kənara köçürülmüşdür. Lakin, hələ də 
Bakı şəhəri daxilində neft, qaz emalı zavodları, üzvi ya-
nacaqla işləyən İES-lər, dəyirman və sair iri sənaye 
müəssisələri havanı, suyu, torpağı korlayır, adamların 
səhhətinə zərər yetirir. 
Ətraf təbii mühiti çirkləndirən müəssisələrin tul-
lantıları qiymətli xammaldır. Məsələn, ölkədə olan se-
ment zavodlarının borularından çıxan tozlarının tutulub 
emal edilməsi əlavə 10 min tonlarla sement verir. Vaxtı 
ilə sovetlər dövründə təbiətin mühafizəsi haqqında bir 
sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində 
son dövrlərdə istehsal tullantılarının miqdarı xeyli azal-
mış, ətraf mühitin mühafizəsində xeyli müvəffəqiyyətlər 
əldə edilmişdir. İndi çox yerdə şəhər tullantılarını emal 
edən çoxlu sənaye müəssisələri yaradılmışdır ki, bunlar 
da hər il xeyli məhsul istehsalını təmin etmişdir. İstehsal 
tullantılarından səmərəli istifadə edilməsinin mümkün 
olan üsullarından biri də sənaye, məişət sularını təmizlə-
yib kənd təsərrüfatı bitkilərinin, ağacların, bağların, ot-
laqların suvarılmasında istifadə edilməsidir. 


167

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə