156
Kənd təsərrüfatı ərzaq təminatında əsas ünsür ola-
raq, öz potensiallarının yeniləşdirilməsini (torpağın məh-
suldarlığı, əsas və dövriyyə fondları, əməyin keyfiyyəti
və kəmiyyəti və s.) investisiya qoyuluşlarında priori-
tetliyi tələb edir.
Ölkəmiz böyük istehsal potensialı, xammal və
əmək ehtiyatları ilə zəngin olduğu halda xaricə az miq-
darda kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edir. Bu
ölkənin yaxın gələcəkdə ümumi ixracında hazır məhsu-
lun xüsusi çəkisinin artırılmasını tələb edir. Bunun iqti-
sadi mahiyyəti onunla ifadə olunur ki, bu ölkəyə əhə-
miyyətli dərəcədə valyuta daxilolmalarının artmasına
şərait yaradır, yerli istehsalın və məşğulluğun artırılma-
sına səbəb olur. Ona görə də xarici investorlarla müştə-
rək müəssisələr (emal və xidmət müəssisələri) yaradıl-
masına diqqət artırılmalıdır. Bu vaxt yerli müəssisələrin
imkanları artmır, həm də istehsal olunmuş məhsul üçün
xarici bazar tapılması və problemlərin həlli də asanlaşır.
Ona görə də Respublikamızda: 1) istehsal edilən
kənd təsərrüfatı məhsulları artırılmalı; 2) həmin məhsul-
lara çəkilən xərclərə diqqət yetirilməli; 3) ölkəmiz tex-
noloji imkanlarının məhdudluğu üzündən pambıq, şərab
yarımfabrikatları, fermentləşdirilmiş tütün, barama və s.
xammal ixrac edən ölkə kimi çıxış etdiyindən texnologi-
yanın təkmilləşdirilməsinə diqqəti artırmalıdır. Məhsul-
lar rəqabətə davamlı olmaqla keyfiyyət göstəriciləri
dünya standartlarının tələblərinə uyğun gəlməlidir. Ona
görə də yeni texnika və texnologiyanın tətbiqinə investi-
siya yönəldilməsi daxili imkanlara arxalanmalıdır.
Dostları ilə paylaş: