Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə66/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   191
etraf muhitin iqtisadiyyati

Bütün təbii sərvətlər
– torpaq, su, meşə, bitki ör-
tüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən istehlak 
dəyərinə malikdir və buna görə onlar pul ifadəsində qiy-
mətləndirilə bilər. 
İqtisadi qiymətləndirilmənin əsas göstəricisini 
mineral xammal ehtiyatlarının istehlak dəyəri və on-
lardan alınan məhsulların qiyməti təşkil edir.
Qiymət 
isə istehsal prosesində bu və ya digər məhsula çəkilən 
zəruri əməyin meyarı kimi çıxış edir. 
İqtisadi qiymətləndirmə
istər mineral xammal sər-
vətlərinin, istərsə də ictimai əməyin məhsuldarlığına və 
qənaətinə təsir edən və müxtəlif keyfiyyətli istehsal vasi-
tələrinin faydalılığını göstərən iqtisadi kateqoriyadır. 
Təbii sərvətlərin qiymətinin və istifadə prosesində 
səmərəsinin müəyyən edilməsi bir qədər mürəkkəbdir. 
Belə ki, müxtəlif keyfiyyətli sərvətlərdən alınan məh-
sulun həcmi onlara qoyulan vəsaitlərin həcmindən asılı 
deyildir. Buna görə ictimai zəruri əmək məsrəfləri ilə 


128
müəyyən şəraitdən asılı olan fərdi məsrəflərin arasında-
kı fərq differensial gəliri (rentanı) təşkil edir. Daha əlve-
rişli təbii şəraitdə yerləşən keyfiyyətli sərvətlərin istis-
marı dövründə əlavə gəlir (renta) alınmasını təmin edir.
Torpaq, su, meşə sərvətlərinin, eləcə də faydalı qa-
zıntı mədənlərinin qiymətləndirilməsinin əsası kimi sərf 
edilmiş canlı və maddiləşmiş əməyin, əsaslı vəsait qo-
yuluşlarının yüksək səmərəsini müəyyən etmək mühüm 
məsələ kimi həll edilməlidir.
İstifadə edilən bu və ya digər 
təbii sərvətlərin qiy-
mətləndirilməsinin əsas göstəricisi 
– onlara olan cari 
və perspektiv tələbatı təmin etmək, ən az ictimai əmək 
və xərc məsrəfləri şəraitində daha çox məhsul almaq, 
ekoloji mühitin, biosferin mühafizəsinə nail olmaqla tə-
bii sərvətlərin kompleks və səmərəli istifadə edilməsi-
dir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə