Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə64/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 


124
V FƏSİL.
TƏBİƏTLƏ CƏMİYYƏTİN QARŞILIQLI 
ƏLAQƏSİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ 
 
1.
Təbii ehtiyatların iqtisadi dəyəri; 
2.
İqtisadi problemlərin həllində ekoloji problem-
lərlə əlaqənin nəzərə alınması; 
3.
Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun 
tənzimlənməsi; 
4.
Ətraf mühit və təbiətdən istifadənin müasir və-
ziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli; 
5.
Əhalinin ərzaqla təminatı problemləri. 
1.Təbii ehtiyatların iqtisadi dəyəri 
 
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin 
metodoloji əsaslarını müəyyən vaxt ərzində istehsal 
edilən məhsula çəkilən zəruri xərclər təşkil edir. Bəzi 
təbii ehtiyatların qiymətləri yoxdur, onlar bazarda 
satılmır (hava, təbii mənzərələr və s.) 
digər ehtiyatlar 
isə qiymətləndirilir. İqtisadi qiymətləndirmənin ümumi 
göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatla-
rının regional xüsusiyyətləri, emal edilən xammalın həc-
mi və keyfiyyəti nəzərə alınmaqla, onun kompleks isti-
fadə edilməsindən alınan xalq təsərrüfatı səmərəsi götü-
rülür. 
Faydalı qazıntı yataqlarının və digər təbii sərvətlə-
rin mənimsənilmə növbəliliyini müəyyən edərək isteh-
salın müasir tələbatı şəraitində onlardan ən sərfəlisi ön 


125
plana çəkilir. Bunun üçün çıxarılan faydalı komponent-
lərin və alınan hazır məhsulların həcmini istehsal prose-
sində çəkilən son məsrəflərin miqdarı ilə müəyyən et-
mək lazımdır. Bu, istifadə edilən sərvətlərin iqtisadi sə-
mərəsini hesablamaq üçün əsas meyardır. Mineral xam-
mal sərvətlərinin iqtisadi qiymətləndirilməsi və onlar-
dan kompleks istifadə edilməsini istər mədənin istismar, 
istərsə də optimal plan hazırlanması dövründə ümumi 
və fərdi xərcləri nəzərə almaq lazımdır. Faydalılıq sə-
viyyəsi istehsala aid olan xərclər arasındakı fərqin kapi-
tallaşması və əldə edilən məhsulun miqdarı ilə müəyyən 
olunur. Bütün təbii sərvətlərin istifadəsinə yönəldilən 
ümumi tələblərdən biri istər eyni cinsli, istərsə də mü-
rəkkəb tərkibli sərvətlər arasında obyektiv mövcud olan 
fərqlərin nəzərə alınmasıdır. Çünki, onların istifadəsi və 
emalı məsrəflərin differensiallığı şəraitində bərabər iq-
tisadi səmərə alınmasını təmin edilir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə