Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Kompleks mühafizə dedikdə müxtəlif tədbirlərin



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə60/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   191
etraf muhitin iqtisadiyyati

Kompleks mühafizə dedikdə müxtəlif tədbirlərin 
mərkəzləşdirilməsi nəzərdə tutulur.
Bu zaman müha-


118
fizə sahəsində toplanmış bütün təcrübələrdən istifadə 
edilir.
Yerli mühafizə isə baş verə biləcək hər-hansı 
bir hadisənin qabaqcadan qarşısını almaq məqsədi 
daşıyır

Son illərə qədər təbiətin mühafizə məsələləri ilə 
müxtəlif nazirliklər, təşkilatlar və baş idarələr məşğul 
olurdular. Hazırda təbiətin mühafizəsi məsələləri Ekolo-
giya və Təbii Sərvətlər Nazirliyində cəmləşmişdir. La-
kin, bununla yanaşı təbiətin mühafizə məsələsi şirkətlə-
rin və başqa təşkilatların diqqət mərkəzində saxlanılır. 
Təbiəti mühafizə üzrə bu Nazirliyin nəzdində yaradılmış 
standartlaşma idarəsi havanın, torpağın, suyun, təbii 
komplekslərin standart göstəricilərini təsdiq edir və işlə-
yir. Bu göstəriciləri təbii mühitə nəzarət edən bütün 
müəssisələr (laboratoriyalar, stansiyalar və s.) götürür 
və öz nəticələri ilə müqayisə edirlər. Şəhər və rayon-
larda suyun və havanın təmizliyinə sanitariya-epidemio-
loji stansiyalar nəzarət edir. Hazırda sənaye müəssisə-
lərində yaradılmış xüsusi laboratoriyalar fabrik və za-
vodlardan xaric olunan tullantılara nəzarət edir, havanın 
və suyun mühafizəsi üzrə tədbirlər planı və proqnozlar 
hazırlayır. Müvafiq elmi-tədqiqat institutlarında, ali 
məktəblərdə təbiətin mühafizəsi üzrə elmi-tədqiqat işləri 
aparılır. Alimlər ətraf mühitin insana zərərli təsirinin op-
timal səviyyəsinin elmi əsaslarını müəyyənləşdirmiş, 
yüzlərlə müxtəlif maddənin ətraf mühitə toplanmasını 
maksimum yol verilən normalarını, qatılıq həddinin 
mümkünlüyünü müəyyən etmişlər (QHM). 
Təbiətin qorunmasının böyük dövlət əhəmiyyəti 
vardır. Belə ki, kənd təsərrüfatının inkişafı, əhalinin get-


119
dikcə artan maddi, mədəni və estetik tələblərinin təmin 
olunması, insanların istirahətinə yaxşı şərait yaratmaq 
məqsədilə təbii sərvətlərdən (torpaq, faydalı qazıntılar, 
su, bitki və heyvanlar aləmindən təbiətin və insan əmə-
yinin abidələrindən) planlı surətdə istifadə edilməli və 
təbii ehtiyatlar qayğı ilə qorunmalıdır. 
Son illərdə Azərbaycan hökuməti tərəfindən bu is-
tiqamətdə qərarlar qəbul olunmuş, onun icra mexanizmi 
işlənib hazırlanmışdır. Həmçinin, Respublikada təbiətin 
qorunması tədbirlərinin həyata keçirilməsinə nəzarəti 
gücləndirmək, təbii mühitin vəziyyətini yaxşılaşdırmaq, 
tullantıların təbii mühitə və əhalinin sağlamlığına zərərli 
təsirini aradan qaldırmaq məqsədilə təşkilati-texniki təd-
birlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuş-
dur. Eyni zamanda sənaye müəssisələri və qurğuları, di-
gər kənd təsərrüfatı obyektləri tikintisi və yenidən qu-
rulması layihələrinə xarici investisiyaların cəlb olunma-
sı, ekoloji tələblərə əməl edilməsi məsələlərinə xüsusi 
diqqət yetirilmişdir. Bu tədbirlər, bazar iqtisadiyyatı şə-
raitində Respublikada təbiətin qorunmasına, onun sər-
vətlərindən xalqın xeyrinə səmərəli istifadə olunmasına 
şərait yarada bilər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə