Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə56/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   191
etraf muhitin iqtisadiyyati

3.
 
Su ehtiyatları 
 
Su olduqca qiymətli sərvətdir. O, üzvi həyatı təşkil 
edən maddələr mübadiləsi proseslərində çox mühüm rol 
oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalın-
da böyük əhəmiyyəti vardır.Bütün canlı orqanizmlərin
tərkibinə su daxil olur.İnsan orqanizminin ümümi kütlə-
sinin 2/3–si,qanın 80% -i sudan təşkil olunmuşdur.Su 
olmadıqda həyat da dayanır.Su təbiətdə dövran edərək 
Yer səthinin formalaşmasında iştirak edir. Planetimizdə 
içməli su həyatın əsasını təşkil edir. 
Cəmi su ehtiyatı 1386 mln. km
3
-dir. Su ehtiyatı-
nın 95,5%-i duzlu sudur, yalnız 2,5% içməli sudur.
İçməli suyun əsasını çaylar təşkil edir – 47 min km
3

Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edi-
lən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahə-
lərinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının 
payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviy-
yəsi Misirdə 97,1%, İsraildə 84,4%, Ukraynada 40%, 
İtaliyada 33,7%, Almaniyada 27,1%, Polşada 21,9%, 
ABŞ-da 18,9%, Türkiyədə 17,3 %, Rusiyada 2,7%-dir. 
Dünyanın müxtəlif regionlarında su ehtiyatların-
dan istifadə növü olduqca müxtəlifdir. Sudan ən çox 
kənd təsərrüfatında istifadə olunur. Hazırda dünyada 
250 mln. hektara yaxın kənd təsərrüfatı bitkilərı və bağ-
lar, plantasiyalar suvarılır.
Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su 
çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə 
də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su 
probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura 


109
sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik is-
tehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı 
sulardan geniş istifadə, suvarma kanallarının təkmilləş-
dirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı 
37 mlrd. kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstan-
dan sonra 2-ci yerdir.
Respublikamız mühüm əhəmiyyətə malik torpaq 
ehtiyatları ilə zəif təmin olunub. Təminatlılıq adambaşı-
na 0,59 ha təşkil edir (əkin yeri isə adambaşına 0,22 ha 
təşkil edir). Lakin, bu rəqəmlər sabit deyil və hər il əha-
linin artması, sənaye obyektlərinin çoxalması və nəqliy-
yatın inkişafı ilə bağlı kiçilir.
Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtü-
lüb ki, bu da çox aşağı göstəricidir. Buna görə də meşə-
lərimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su 
qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyətinə 
malikdir. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son 
illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər 
bütün növ ağacların, o cümlədən, relikt və endemik bit-
kilərin bərpasına və artırılmasına imkan verir.
Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib his-
səsi sayılan rəngarəng heyvanat aləminə malikdir. Bura 
Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatla-
rı, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ hey-
vanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə, 
çox qiymətli zəhəri olan Qafqaz gürzəsi), çoxlu sayda 
quşlar və s. daxildir. 
Respublikamız zəngin rekreasiya ehtiyatlarına da 
malikdir. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük 
və Kiçik Qafqazda, Talış dağlarında dağ meşələri, Xə-


110
zərsahili narın qumlu çimərliklər, mineral bulaqlar), 
həm də mədəni-tarixi diqqətəlayiq obyektlər (İçərişəhər, 
Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımız-
dakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehti-
yatlar turizmin inkişafına imkan yaradır. 
Abşerondakı göllərin müalicəvi palçıqları və sula-
rı, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağarala-
rı Respublikamızın balneoloji ehtiyatlarına aiddir. Yu-
xarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii 
şərait, yaxın gələcəkdə respublikamızın güclü inkişaf et-
miş dövlətə çevrilməsinə imkan yaradır. 
İndi atmosferdə, keçən 650 000 ildəkindən daha 
çox CO
2
var. Yerin iqlim tarixinin tədqiqatları göstərir 
ki, hətta CO
2
səviyyələrində baş verən xırda dəyişiklik-
lər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyət-
li dəyişikliklər əmələ gəlmişdir. Alimlər gözləyir ki, is-
tixana qazı çirklənməsini azaltmaq üçün səmərəli siya-
sətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə ki-
mi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə 
Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi veri-
lən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə 
baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha 
güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin art-
ması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahil-
boyu ərazilər arta bilər. Verilən proqnozlar özünü tam 
doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəla-
kətlərlə üz-üzə qala bilər. 2050-ci ildə 2 mlrd. insan su-
suz qala bilər. 
İsveçin paytaxtı Stokholmda “Dünya su həftəsi fo-
rumu”nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı 
(BMT) tərəfindən hazırlanan “İqlim dəyişiklikləri və 


111
su” mövzusunda hesabatına görə, dünyadakı iqlim dəyi-
şiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 
2050-ci ildə dünyada iki milyard insan sudan məhrum 
olacağı gözlənilir və 30 il sonra da 3 mlrd. insan istifadə 
edə biləcəyi su ehtiyatlarını itirə bilər.
Dünya Su Həftəsi forumuna təqdim edilən BMT 
hesabatını tanıdan Hollandiyalı səlahiyyətli Michael 
Van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına 
təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda 
yaranan vəziyyətin ciddiliyini qərarverici səlahiyyətləri 
olan siyasətçilərə daha detallı göstərmək və həll axtarış-
larını sürətləndirmək olduğunu əsaslandırdı. Michael 
Van deyər Valk, yağmurlar azalmasıyla bir çox ölkədə 
su ehtiyatlarının quruduğunu izah etdi. Hesabata görə, 
dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı 
artır, dünyanın iqtisadiyyatı böyüyür, ancaq su qaynaq-
ları sürətlə tükənir. 
Dünya əhalisinin yüzdən 20 %-ni təşkil edən 30 
ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə 
bu ölkələrin sayı 50-yə çatacaq və dünya əhalisinin yüz-
də 25-i su çətinliyi ilə üz-üzə gələ bilər. 
Dünyada 1950-ci illərə görə su ehtiyatları yüzdə 
15 ilə 30 nisbətində azalmışdır. Bununla yanaşı 2050-ci 
ildə su ehtiyatı bu günkindən yüzdə 50 çox olacaq. İq-
lim dəyişiklikləri su ehtiyatlarına da təsir etdiyi üçün
dəyişikliklər qlobal böhrana səbəb olacaq. Forumda təq-
dim edilən bildirilərə görə, Şimali Avropa ölkələrindəki 
adambaşı su istehlakı, digər Avropa ölkələrindən iki də-
fə artıqdır. Inkişaf etməkdə olan ölkələrdə isə su istehla-
kı çox aşağıdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə