Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə57/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   191
etraf muhitin iqtisadiyyati

 


112
Cədvəl 5. 
Dünyanın ən az və ən çox bərpa olunan 
 su ehtiyatı olan ölkələr 
(min m
3

 
Ölkə 
Su ehtiyatı 
Ölkə 
Su ehtiyatı 
Hindistan
Çin 
ABŞ 
Pakistan 
İran 
Meksika 
Türkiyə 
558,1 
546,0 
223,9 
182,3 
76,5 
63,2 
52,2 
Küveyt 
Maldiv 
Malta 
Bəhreyn 
Barbados 
Katar 
BƏƏ 
0,02 
0,03 
0,07 
0,1 
0,1 
0,1 
0,2 
Dünyanın ən az suvarılan ərazisi Vatikan, Botsva-
na, Bruney, Qambiya, Konqo, Malta və s. ən çox suvarı-
lan ərazisi olan ölkə Braziliya, Rusiya, Kanada, ABŞ, 
İndoneziya, Çin və s. ölkələrdir. Hər nəfərə ən çox şirin 
su düşən ölkələr Türkmənistan, Qazaxıstan, Özbəkistan, 
Qayana, Macarıstan, Qırğızıstan və s. Ən az Konqo, 
MAR, Maldiv, Uqanda, Komor və s. ölkələrdir. 
Məlumatlara görə, inkişaf etmiş bir ölkədə doğu-
lan uşaq, inkişaf etməkdə olan bir ölkədə doğulan uşağa 
görə yüzdə 30-dan çox su xərcləyir. Dünyada hal-hazır-
da olan suyun yüzdə 97,5-i duzlu sulardan meydana gə-
lir. Şirin suyun nisbəti isə yalnız yüzdə 2,5 %-dir. Şirin 
suyun yüzdə 70 %-i qütblərdə donmuş halda, yüzdə 30-
u isə yer altındadır. Ümumiyyətlə, xəstəliklərin yüzdə 
88 %-i təmiz olmayan içməli sudan və qeyri-kafi gigiye-
nik şərtlərdən qaynaqlanır. Bu da inkişaf etməkdə olan 
ölkələrdə ildə 5 mlrd. gün iş itkisi mənasını verir. 


113
Məlumatlara görə, ABŞ-da qidaların yüzdə 30-u 
zibilə atılır. Bu 40 trilyon litr su, yəni 500 mln. insanın 
su ehtiyacı mənasını verir. Inkişaf etməkdə olan ölkələr-
də sənaye tullantılarının yüzdə 70-i suya qarışır. Ayrıca 
Asiyadakı bütün çaylar Avropada isə 5 çay da buna aid-
dir. Stokholm Su İnstitutunun dəstəyi ilə 1991-ci ildən 
bu yana təşkil edilən Dünya Su Həftəsi Forumuna 140 öl-
kədən 2000 araşdırmaçı, sənayeçi və siyasətçi qatılır. Fo-
rumda, iştirakçılar daha təmiz və sağlam ətraf mühit üçün 
əməkdaşlığı ön planda tutur və dəyişən iqlim şəraitində 
daha təmiz bir dünya ilə birlikdə həddindən artıq su isti-
fadəsinin qarşısını alma yönlü tədbirlər təşkil olunur. 
Torpaq kimi su da insan cəmiyyətinin yaşaması və 
fəaliyyət göstərməsi üçün ilkin şərtdir. Su heç şey ilə 
əvəz edilə bilməyən sərvətdir. Okean və dəniz suları ər-
zaq və xammal mənbəyidir. Onlar böyük mineral və 
kimyəvi sərvətlərə, heyvan və bitki aləminə, tükənməz 
istilik və enerji mənbələrinə malikdir. Hesablamalar 
göstərir ki, okean sularında 30 milyard ton biokütlə var-
dır. Bunun əsasını balıqlar, iri dəniz heyvanları, yosun-
lar və s. təşkil edir. Bu təbii ehtiyat 30-40 milyard adamı 
qida ilə təmin edə bilər. Okean bitkilərinin yaratdığı zü-
lalın miqdarı qurudakından 4-5 dəfə çoxdur. Dəniz və 
okean sularında 60-a qədər kimyəvi element vardır. Bu-
rada 8-10 mln. ton qızıl, 164 milyon ton gümüş, 800 
mln. ton molibden, 80 mln. ton nadir elementlər, 80-100 
mln. ton brom və s. olması güman edilir. (V.N. Stepa-
nov). Su insanların, heyvanların və bitkilərin həyat fəa-
liyyəti və məhsuldarlığı üçün başlıca amillərdən biridir. 


114
Su buxarı günəş şüaları üçün süzgəc rolunu oynayır, 
bitkilərin fotosintezində iştirak edir, havanı oksigenlə 
zənginləşdirir, orqanizmlər üçün karbohidratlar yaradır. 
Bütün bu keyfiyyətləri nəzərə alaraq dünyanın qabaqcıl 
ölkələri şirin su ehtiyatlarının BMT-da uçota alınması 
və mühafizə olunmasına böyük əhəmiyyət verirlər. La-
kin son illərdə su ehtiyatlarından lazımınca düzgün isti-
fadə olunmaması üzündən şirin su mənbələri, okeanlar, 
dənizlər, baş su tutarları bu və ya digər dərəcədə çirklə-
nirlər ki, bunun da nəticəsində artıq təbiətdə ekoloji təh-
lükə yaranır.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə