Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə59/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   191
etraf muhitin iqtisadiyyati

“Torpaq islahatı haqqında”
Azərbaycan Res-
publikasının qanunda torpağın mülkiyyətçilərlə, fiziki 
şəxslərə verilməsi, onun qorunması, istifadə olunma 
qaydaları, çirklənməsinin qarşısının alınması öz əksini 
tapmışdır. Bu qanunda həmçinin, torpaq üzərində nəza-
rət, kənd təsərrüfatı, şəhər, qəsəbə torpaqlarından istifa-
də, torpağın, meşə, su fondu, torpaq ehtiyatları, mübahi-
səli məsələlərin həlli, torpaq qanunçuluğunun pozulma-
sına görə məsuliyyət və s. göstərilmişdir. Təbiətin mü-
hafizəsinə aid əksər qanunlarda torpaqların mühafizəsi 
məsələləri öz əksini tapır. Çünki torpaq bütün sərvətlə-
rin mənbəyidir. İnsanların istehlak və istifadə etdiyi hər 
şey torpaqda yetişdirilir və becərilir. Ona görə də təbii 
ehtiyatların qorunması məsələlərində, onlardan səmərəli 
istifadə olunmasına birinci dərəcəli əhəmiyyət verilir. 
İstehsalın intensiv inkişafının təmin edildiyi hazırkı 
şəraitdə təbiətin qorunmasına dair kompleks tədbirlərin 
hazırlanması, onun xüsusi ardıcıllıqla, planlı qaydada 
həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 
torpaqlardan, meşələrdən, bitki örtüyündən, sudan, at-


117
mosferdən və s. planlı qaydada istifadə onun zərərli 
maddələrlə çirklənməsinin qarşısını alır, məhsul yığı-
mında yüksək və keyfiyyətli məhsul alınmasına şərait 
yaradır.
Təbiət insan cəmiyyətinin yaşaması və fəaliyyət 
göstərməsi üçün əvəzedilməz vasitədir. Təbiət insansız 
da mövcuddur və onsuz yaşaya bilər, lakin, insan təbiət-
siz yaşaya bilməz. Təbiətin qorunması bütün dövlətlə-
rin, millətlərin, xalqların işidir. Son onilliklər ərzində 
Azərbaycan Respublikasında təbiətin qorunmasına, təbii 
ehtiyatlardan səmərəli istifadə olunmasına dair bir sıra 
qanun və qərarlar qəbul olunmuş, tövsiyələr hazırlana-
raq tətbiq edilmişdir. Həmçinin, Respublikada meşə 
massivlərinin, torpaq, su hövzələrinin qorunması, ondan 
istifadənin yaxşılaşdırılmasına dair müəyyən işlər görül-
müşdür. Lakin, buna baxmayaraq Respublikada torpaq 
sahələrinin 70 %-dən çoxu bu və ya digər dərəcədə ero-
ziyaya uğramış və meşə massivləri sıradan çıxmış, su 
hövzələri, hava çirklənmiş, ekoloji tarazlıq pozulmuş-
dur. Respublikanın müstəqillik qazanması, öz sərvətləri-
nin sahibi olması, onun qorunması məsələlərinə daha 
böyük qayğı ilə yanaşmağı tələb edir. Ona görə də son 
10 ildə təbiətin mühafizəsi sahəsində daha ciddi tədbir-
lər işlənmiş və həyata keçirilməsi tövsiyə olunmuşdur. 
Xəzər, Abşeron problemlərinin həllinə xarici dövlətləri-
nin cəlb olunması bu sahədə müvəffəqiyyətlərə ümidlə 
yanaşmağa imkan verir. Təbiətin qorunmasında komp-
leks və yerli mühafizə tədbirlərindən istifadə olunur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə