Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə52/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   191
etraf muhitin iqtisadiyyati

Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif 
və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, biolo-
ji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntı-
lar), iqlim və s. ehtiyatlar aiddir.
Dünya iqtisadiyyatı-
nın inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi 
böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və is-
tehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dün-
ya ölkələrini əhatə edir. Ümumiyyətlə 
təbii ehtiyat de-
dikdə insanların həyat və təsərrüfat fəaliyyətində is-
tifadə etdiyi bütün təbiət komponentləri başa düşü-
lür
(bəzən, təbii sərvət və ya resurs adlanır). 
Təbii sər-
vətlər aşağıdakı növlərə bölünür:
1)
Tükənməyən:
a)
günəş; 
b)
geotermal; 
c)
külək; 
d)
nüvə enerjiləri; 
e)
iqlim; 
f)
qabarma-çəkilmə; 
g)
dəniz cərəyanları. 
2)
Tükənən:
a) bərpa olunmayan: bütün faydalı qazıntılar;
b) bərpa olunan: torpaq, bioloji ehtiyatlar, su enerjisi. 
Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin 
olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab 
edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatları-
na malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobus-
tan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.


100
Ölkəmizin qərb bölgələrində isə əsasən filiz ehti-
yatları üstünlük təşkil edir. Qafqaz regionunda ən mü-
hüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə 
dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yata-
ğı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağ-
dərə, Gədəbəy qızıl yataqları və digər əlvan metallar 
respublikada həm qara, həm də əlvan metallurgiyanı in-
kişaf etdirməyə imkan vermişdir. 
Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ 
qeyri-filizlərdən əhəng daşı, gips, çınqıl, mərmər, tra-
vertin, gil, qum və s. qeyd edilə bilər. 
Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inki-
şafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazın-
tılar daha böyük rola malikdir. Yerin təkində və bəzən 
də yerin üst qatında güclü yanacaq ehtiyatı – kömür, 
neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat 
materialları istehsalı üçün xammal mövcuddur. Bütün 
bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqti-
sadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yana-
şı elmi-texniki tərəqqinin nailiyyətləri nəticəsində bir 
çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyat-
ların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu 
sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nai-
liyyətlər əldə etmişdir.
Bütün bu ehtiyatların hesablanmasında müxtəlif 
metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş, 
proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə