Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


vəsaitlərdən istifadə edən təsərrüfat sahələrinə ziyan



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə48/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   191
etraf muhitin iqtisadiyyati

vəsaitlərdən istifadə edən təsərrüfat sahələrinə ziyan 
vurur, insanların sağlamlığına təsir edir. Nəticədə öl-
kəyə ümumi sosial-iqtisadi zərər dəyir ki, çox zaman 
belə zərəri ölçü vahidləri ilə ifadə etmək çətin olur.
Dünya sənaye və kənd təsərrüfatı istehsalının miq-
yası və xüsusiyyətlərində baş verən böyük dəyişikliklər, 
ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiy-
yəti olan texnika və texnologiyadakı dəyişikliklərdə öz 
əksini yaxşı tapmamışdır. 
Nəticədə bütün dünyada təbiətdən istifadənin bir 
sıra yeni problemləri ortaya çıxmış və ənənəvi köhnə 
problemlər kəskinləşmişdir. Gözlənildiyinə görə mine-
ral ehtiyatlarından istifadənin dünya üzrə inkişafının 
müasir sürəti şəraitində onun fiziki həcminin ikiqat art-
ması hər 30 ildən bir təkrarlanacaqdır. Yanacaqdan isti-
fadənin ikiqat artması isə daha qısa müddəti əhatə etmə-
lidir. İstehsalın və emalın belə surətli artması ətraf mü-
hitin çirklənməsinə və ekoloji münaqişənin güclənməsi-
nə gətirib çıxara bilər. 
Qara və əlvan metallurgiya müəssisələrində, İES-


92
lərdə hər il yüz milyon tonlarla şlak və tül tullantıları yı-
ğılıb geniş sahələrdə məhsuldar torpaqların üstünü örtür, 
ətraf mühiti korlayır. ETT-nin nailiyyətlərini, qabaqcıl 
müəssisələrin təcrübəsini tətbiq etməklə həmin tul-
lantıları istifadəyə cəlb etmək olar. Sənaye tullantıların-
dan tikinti materialları kimi istifadə edilməsinə xeyli təc-
rübə əldə edilmişdir. İndi sənaye tullantılarından müxtəlif 
markalı sement, beton, gübrə, metal, şüşə, rənglər, rezin, 
süni parçalar və s. istehsal edilir. İstehsal tullantıların-
dan səmərəli istifadə edən müəssisələr hər il çoxlu əlavə 
gəlir əldə edilir. 
Tarla qoruyucu meşə zolaqlarının genişləndirilmə-
si, nadir heyvan və bitki növlərinin mühafizəsi sayəsin-
də də xeyli əməli tədbirlər həyata keçirilmişdir. Quraq 
rayonların su ilə təmin edilməsi, bataqlıqların qurudul-
ması və s. nəsli kəsilməklə olan bir çox heyvanların, bit-
ki növlərin bərpa olunması ətraf mühitin dirçəldilməsinə 
kömək edir. Bunlardan başqa tullantıların azaldılmasını 
təmin edən texnoloji üsulların işlədilməsi, ən mütərəqqi 
təmizləmə qurğularının kütləvi istehsalı, atmosferə bu-
raxılan zərərli tullantılarla mübarizədə yeni üsul və və-
saitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatlarının qorun-
ması, onlardan səmərəli istifadə edilməsi üçün komp-
leks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. 
Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji 
ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi 
analiz onların əsasını (bazasını) təşkil edir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə