Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


ƏMTQ  ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə50/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   191
etraf muhitin iqtisadiyyati

ƏMTQ 
ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir
və oxşar sosial-
ekoloji-iqtisadi göstəricilər sisteminə söykənir. Ekoloji 
ekspertiza dövlət 
nəzarət və planlaşdırma orqanları 
tərəfindən, aparıcı mütəxəssislər və alimlər ilə bir-
likdə həyata keçirilir. 
Dövlət orqanları ilə yanaşı Azər-
baycanda ictimai ekoloji təşkilatlar sahəsində çalışan 
ekspertlər tərəfindən aparıla bilər. 
Layihə qabağı və layihə sənədlərinin razılaşdırıl-
ması və onların ekoloji ekspertizaya təqdimatı bir sıra 
mərhələlərdən keçir. İlk dəfə sifarişçi (investor) müva-
fiq əsaslandırmalarla öz niyyətləri haqqında bəyanat 
(deklarasiya) hazırlayır. Sonra respublika və ya yerli ic-
ra hakimiyyəti orqanları ilkin olaraq təsərrüfat fəaliyyə-
tinin aparılmasına razılıq verirlər. Daha sonra layihəçi 
obyektin yerləşdiriləcəyi ərazi haqqında texniki-iqtisadi 
əsaslandırma (TİƏ) aparır. 
TİƏ çərçivəsində ətraf mühitə təsirin qiymət-
ləndirilməsi layihəsi (ƏMTQ) hazırlanır.
ƏMTQ hə-
min təsirin natural göstəricilərinin təyin edilməsindən 
başlayır. Yəni istifadəyə sərf edilən təbii ehtiyatların 
həcmi ərazinin su balansı, xüsusi qorunan ərazilər, də-
yişkənliyə məruz qalan ərazilər, zərərli maddələrin atıl-
malarının (axıntılarının) miqdarı, əmələ gələcək tullantı-
ların, o cümlədən toksik maddələrin insan sağlamlığına 
təsiri, səs-küy, elektromaqnit, vibrasiya və s. qiymətlən-
dirilməsi. Sonra natural göstəricilər əsasında layihələn-
dirilən obyektin ətraf mühitə və əhali sağlamlığına təsi-
rinin qiymətləndirilməsinin pulla ifadə edilmiş qiymət-
ləri müəyyən olunur. Təbiəti mühafizə tədbirlərinin 


96
tövsiyə edilməsi, ekoloji riskin və s. qiymətləndirilməsi 
həyata keçirilir. 
Növbəti mərhələdə ƏMTQ layihəsi regionda (ra-
yonda) ekoloji nəzarət və idarəetmə orqanı ilə (zəruri ol-
duqda mərkəzi icra hakimiyyəti ilə) razılaşdırılır. Nəti-
cədə obyektin yerləşəcəyi ərazi və təbiətdən istifadə 
şərtləri dəqiqləşdirilir. Bundan sonra layihəçi dəqiqləş-
dirilmiş informasiyadan istifadə edərək, tikintinin TİƏ 
konkret müəyyən edilmiş yerə uyğun olaraq tərtib edir. 
Eyni zamanda layihənin nəzərdən keçirilməsinə əsasən 
onun səmərəliliyi dəqiqləşdirilir və ekoloji riskin qiy-
məti verilir. Yalnız bundan sonra dövlət ekoloji eksper-
tizası həyata keçirilir. Ekoloji ekspertizanın nəticəsində 
ekspert komissiyasının rəyi rəsmiləşdirilir. Rəylər müs-
bət və yaxud mənfi ola bilər. Ekspertlərin müsbət rəyin-
dən sonra layihənin tikintisi üçün maliyyələşdirilmə açı-
la bilər. 
Ekoloji ekspertizadan başqa investisiya layihələri 
auditorlar tərəfindən yoxlanıla bilər. Audit əsaslandırıl-
masının yekun prosedurası investisiya haqqında niyyət 
bəyannaməsi və ekoloji bəyanat verilə bilər. Hər iki sə-
nəd mütəxəssislərin və əhalinin geniş təbəqəsi üçün ha-
zırlanır. Ekomenecment və ekoaudit sistemlərinin tələb-
lərinə əsasən ekoloji bəyanat aşağıdakıları əhatə edir: 
-
meydança sərhədləri daxilində (çərçivəsində) 
kompaniyanın fəaliyyətinin təsviri, investisiya layihəsi-
nin məqsəd və vəzifələri
-
həmin fəaliyyətə aidiyyəti olan bütün mövcud 
problemlərin qiymətləndirilməsi; 
-
zərərli maddələrin atılması və axıdılması haqqın-
da məlumat, səs-küy çirklənməsi, xammalın sərfi, enerji 


97
və suyun işlənmə miqdarı və s. haqqında informasiya
-
kompaniyanın ekoloji səciyyəsinə aid olan digər 
amillər haqqında məlumat; 
-
kompaniyanın ekoloji siyasətinin əsas müddəala-
rının təsviri, təbiəti mühafizə tədbirlərinin proqramı və 
idarəetmə sistemi; 
-
bəyanatın verilmə vaxtı (müddəti). 
Yalnız ekoloji bəyanatın səlahiyyətli orqanı tərə-
findən təsdiqi və haqqın (rüsumun) keçirilməsindən son-
ra sahələrin (obyektin) qeydiyyatı aparılır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə