Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Neftin çox miqdarda su hövzələrinə axını



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə46/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   191
etraf muhitin iqtisadiyyati

Neftin çox miqdarda su hövzələrinə axını
regio-
nal miqyasda ekoloji fəlakətə səbəb olaraq, quşların, də-
niz heyvanlarının kütləvi məhvinə, balıq sənayesinin 
böhranına səbəb olur. 1967-ci ildə 117 ton xam neft 
yüklənmiş –tanker İngiltərə sahillərində qəzaya uğradığı 
zaman bütün neft dənizə tökülmüş və nəticədə yalnız 
dəniz quşlarının 8000-i məhv olmuşdu. Üzvi maddələrlə 
zəngin olan tullantıların, çirkab sularının hidrosferaya 
atılması bu ekosistemlərdə pozğunluqlara gətirib çıxarır. 
Əlbəttə, təbiət özünü müdafiə etməyə çalışır və məlum 
hədlərə qədər ona özünübərpaya müyəssər olur. Çirk-
lənmə halında çayın axarı boyunca 4 ardıcıl zona fərq-
ləndirilir: 
- tənəzzül (pisləşmə) zonası – burada çay suyu pol-
lyutantlarla (yəni həyat mühitini çirkləndirən maddələr-


89
lə) qarışır; 
- aktiv pozulma (çürümə, tərkib hissələrinə ayrıl-
ma) zonası – burada göbələk və bakteriyalar üzvi mad-
dələri dağıdırlar; 
- bərpa zonası; 
- təmiz su zonası. 
Su hövzələrinin fiziki çirklənməsi fiziki, tempera-
tur – energetik, radiasiya parametrlərində baş verən də-
yişikliklərlə bağlıdır. 
İstilik çirkləndirməsi süni enerji mənbələrindən is-
tifadə zamanı mühitə əlavə istiliyin daxil olması ilə baş 
verir. Aydındır ki, əlavə istilik ekosistemlərin enerji ba-
lansına əhəmiyyətli dərəcədə təsir edir. Belə ki, elektrik 
stansiyalarında kondensatorların soyudulması çay sula-
rının yaxın gələcəkdə həddindən artıq istiləşməsinə sə-
bəb olacaqdır. 
Suyun hərarəti bitki və heyvanların yaşamasına tə-
sir edən əsas amillərdəndir. Elektrik stansiyalarından 
daxil olan istilik çox hallarda orqanizmlərin normal 
mövcudluğu həddini aşır.
Dünya sularının radioaktiv maddələrlə çirklən-
dirilməsi
də bəşəriyyət üçün böyük təhlükə törədir. Bu 
cür çirklənmənin əsas mənbələri aşağıdakılardır: 
-
nüvə silahının sınaqdan keçirilməsi nəticəsində 
çirkləndirmə (1963-cü ilə qədər bu sınaqlar atmosferdə 
keçirilirdi); 
-
bilavasitə dənizə atılan radioaktiv tullantılar vasi-
təsilə çirkləndirmə; 
-
irimiqyaslı radiasiya qəzaları (atom reaktoru ilə 
işləyən gəmilərin qəzaya uğraması (məsələn “Kursk” 


90
sualtı gəmisinin qəzaya uğraması 2001-ci il); 
-
su hövzələrinin dibində radioaktiv tullantıların
basdırılması. 
İngilis və fransız atom zavodlarının tullantıları de-
mək olar ki, bütün Şimali Atlantikanı, xüsusilə Şimal, 
Norveç, Qrenland, Barents və Ağ dənizləri radioaktiv 
elementlərlə çirkləndirmişlər. Şimal Buzlu okeanının ra-
dioaktiv tullantılarla çirkləndirilməsində isə Rusiya özü-
nəməxsus rol oynamışdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə