Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbii suların çirkləndirilməsinin ekoloji nəticə-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə45/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii suların çirkləndirilməsinin ekoloji nəticə-
ləri müxtəlifdir, lakin onların hamısı nəticədə su eko-
sistemlərinin pozulmasına səbəb olur

Turşuma (qıcqırma)
qabiliyyətinə malik olan üz-
vi maddələrin çay və dəniz sularına atılması suyun güc-
lü bakterioloji yoluxmasına səbəb olur ki, bu da hepatit, 
vəba, tif, dizenteriya və digər mədə-bağırsaq xəstəliklə-
rinin yayılmasına gətirib çıxarır. 
Suların üzvi maddələrin çirklənməsində çirkab su-
larının, yeyinti və sellüloz-kağız sənayesi müəssisələri-
nin tullantıları böyük rol oynayır. Orta güclü sellüloz-
kağız kombinatının tullantıları suyu 500 minlik əhalisi 
olan şəhərin çirkləndirdiyi qədər çirklənmə səviyyəsi 
yaradır. 
Suyun yoluxucu maddələrdən təmizlənməsi 
üçün ölkəmizdə əsasən suyun xlorlaşdırılmasından
istifadə edilir. Bu üsulun əsas problemi ondadır ki, xlor 
suda həll olunmuş karbohidrogenlərlə reaksiyaya girir 
və bəzi xlorlaşmış karbohidrogenlər kansorogen təsirlə-


88
rə malikdirlər. Dünya təcrübəsində suyun ozonlaşdırıl-
ması üsulundan da istifadə edilir. 
Su mühitinə suyun təbii tərkibini dəyişdirən müx-
təlif maddələrin daxil olması təbii ekosistem və insan 
üçün ciddi təhlükə törədir. Hazırda dünya su hövzəsinə 
hər il 30 mindən artıq müxtəlif adlı kimyəvi birləşmələr 
atılır ki, onların miqdarı 1,2 mlrd. tona qədərdir. 
Hidrosferin karbohidrogenlərlə çirkləndirilməsi bö-
yük təhlükə yaradır. Burada əsas yeri tankerlərdə baş 
verən qəzalar, habelə indiyə qədər neft gəmilərinə tan-
kerləri yuduqdan sonra çirkli suları dənizə atmaq üçün 
verilən icazə tutur. 
Su hövzələrində nazik neft qatı oksigenin daxil ol-
masına mane olur və beləliklə, onlarda mühüm fiziki-
kimyəvi proseslərin gedişatını pozur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə