Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Qlobal istiləşməylə bağlı olaraq dünyanın bəzi böl-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə41/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   191
etraf muhitin iqtisadiyyati

Qlobal istiləşməylə bağlı olaraq dünyanın bəzi böl-
gələrində qasırğalar, sellər və daşqınların şiddəti və 
sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şid-
dətli quraqlıqlar və səhralaşmalar baş verir.
Qışda 
istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların 
köç dövrləri dəyişir. Yəni, iqlimlər dəyişir. Bunun nəti-
cəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan ya 
azalır, ya da tamamilə yox olur. 
Qlobal istiləşmə insan sağlamlığına ciddi təsir 
göstərir. 
Alimlər iqlim dəyişikliklərinin ürək, tənəffüs yolu, 
yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsir göstər-
diyi fikrindədirlər. Qlobal istiləşmənin səbəbləri kimi 
hava şəraitinin uzun bir zaman içində orta hesabla də-
yişməsi meyli təyin olunur. Dünya son bir milyard il 
içində təxminən 250 mln. il davam edən isti dövrlər və 
bunların ardından gələn dörd böyük soyuq dövr keçir-
mişdir. Dünya təxminən əlli milyon il əvvəl soyuq bir 
dövrə girmiş, bu dövrdə yüz min ildə bir on min il müd-
dətlə görülən isti dövrlərin xaricində soyuma meyli gös-
tərmişdir. Hal-hazırda bu isti dövrlərdən biri yaşanmaq-
dadır. Dörd min il əvvəl başlayan istilik enişləri nəticə-
sində dünyanın soyuma meylinin artmasını gözləyirdi-


82
lər. Lakin, bu artım son yüz əlli ildə reallaşmamışdır. 
Günəş kimi təbii amillərlə böyüyən bu artımın səbəbi, 
xüsusilə son vaxtlarda, böyük olçüdə insan qaynaqları 
olan istixanaların təsirindən yaranan qlobal istiləşmədir. 
Təbii proseslərin pozulması
, yəni havanın, suyun 
və torpağın çirkləndirilməsi insanların sağlamlığına və 
orqanizmlərin həyat fəaliyyətlərinə birbaşa təsir göstə-
rirlər. Məsələn, karbon qazlarının havaya buraxılması 
iqlimə təsir göstərir, bu da öz növbəsində yeyinti məh-
sullarının istehsalında özünü əks etdirir, biogenlər yığı-
mında baş verən dəyişmələr bəzi növlərin məhvinə, di-
gərlərinin sürətlə çoxalmasına səbəb olur. 
Canlı orqanizmlərin o cümlədən insanın fəaliyyəti, 
ətraf mühiti və məhsulları çirkləndiricilər rolunu oyna-
yırlar. Ekosistemin sabitliyinin əsas şərti odur ki, bəzi 
orqanizmlərin tullantıları digər orqanizmlər tərəfindən 
qida, yaxud xammal kimi istifadə olunur. Balanslaşdırıl-
mış ekosistemlərdə tullantılar təhlükəli dəyişmələrə sə-
bəb olacaq səviyyədə yığılmır, quruyur və təbiət tərəfin-
dən udulur. 
İnsanlar öz tarixləri boyunca tullantılardan təbii 
proseslərin hesabına azad olmuşlar. Ancaq indi vəziyyət 
hədsiz dərəcədə qeyri-sabitdir. Demoqrafiyada baş ve-
rən sürətli sıçrayışlar xammal və enerji sərfinin yüksəl-
məsi ilə birlikdə ətraf mühitə çox böyük miqdarda tul-
lantıların atılmasına, onun çirklənməsinə gətirib çıxar-
mışdır. 
İnsanın fəaliyyətinin bütün növləri enerjinin isteh-
salı və istifadəsi ilə sıx əlaqədardır. Istehsalın müasir 
həcmi çoxlu miqdarda enerji sərfini tələb edir, bununla 


83
yanaşı sənaye və ya kənd təsərrüfatı məhsulunun hər va-
hidinin istehsalına onun sərfi daima artır 
Texniki tərəqqi insan əməyinin maşın əməyi ilə 
əvəz edilməsi prosesini getdikcə gücləndirir. Vaxtilə 
ABŞ-da əhalinin 90%-i kənd təsərrüfatı ilə məşğul oldu-
ğu halda, indi cəmi 2% əhali torpaq becərir və qalan 
98%-ni yedizdirir, hətta xeyli miqdarda digər ölkələrə 
məhsullar ixrac edir. ABŞ-da 1 ton taxıl əldə etmək 
üçün insan əməyindən və günəş enerjisindən başqa , 
kənd təsərrüfatı texnikası üçün yanacaq,159 litr neft (1 
barel neft) tələb olunur. 
Hazırda 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə