Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə40/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 


80
4.Təbii proseslərin pozulmasının canlı aləmin 
sağlamlığına mənfi təsiri 
İnsanlar tərəfindən atmosferə atılan qazların istixa-
na təsiri yaratması nəticəsində yer səthində yaranan isti-
lik artımına Qlobal istilik deyilir. Məlumdur ki, dünya-
nın səthi günəş şüaları tərəfindən isidilir. 
Dünya bu şüaları təkrar atmosferə əks etdirir. Am-
ma bəzi şüalar, su buxarı, karbon-dioksid və digər qaz 
birləşmələrinin dünyanın üzərində gətirdiyi təbii örtük 
tərəfindən tutulur. Bu da yer üzünün kifayət qədər isti 
qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaq-
ların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və 
cəmiyyətdəki istehlak meylinin artması kimi səbəblər-
dən atmosferdə karbon-dioksid və di-azot qazların yığıl-
masını artırır. Alimlərə görə bu artım qlobal istiləşməyə 
səbəb olur. 1860-cı ildən günümüzə qədər tutulan qeyd-
lər, orta hesabla qlobal istiliyin 0,5 ilə 0,8 dərəcə arasın-
da artdığını göstərir. 
Alimlər son 50 ildəki istilik artımının insan həyatı-
na gözə çarpacaq dərəcədə təsir etdiyinin fikrindədirlər. 
Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşı-
rıq. Heç bir tədbir görülməzsə bu əsrin sonunda qlobal 
istiliyin orta hesabla 2 dərəcə artacağı təxmin edilir. 
Həmçinin, dünya daxilində tutulmağa başlanan qeydlər-
də bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən is-
ti il idi. Bu istilik artımı, yəni qlobal istiləşmə nələrə gə-
tirib çıxarır, həyatımıza necə təsir edir? 
Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan 
qlobal istiləşmənin təsirləri
ən yüksək zirvələrdən


81
okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünya-
nın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, 
dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə tor-
paq itkiləri artır. Məsələn, 1960-cı illərin sonlarından bu 
yana Şimal Yarımkürəsində qar örtüyündə yüzdə 10% 
azalma olub. XX əsr boyunca dəniz səviyyələrində də 
10-25 sm arasında bir artım olduğu müəyyən olunub. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə