Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Risk  amillərinin aşağıdakı qrupları vardır



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə39/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   191
etraf muhitin iqtisadiyyati

Risk 
amillərinin aşağıdakı qrupları vardır:
1)
 
Bioloji



76
2)
 
Ekoloji
;
3)
 
Sosial

Ekoloji risk amilləri
. Atmosferin fiziki və kimyə-
vi xassələrinin dəyişməsi, hava, su, torpaq, qida məhsul-
larının çirklənməsi, hava hadisələrinin kəskin dəyişməsi, 
radiasiya, maqnit və digər şüalanmanın yüksək səviyyəsi
bronx, ağ ciyər xəstəliyinin inkişafına təsir göstərir. Tem-
peraturun, atmosfer təzyiqinin və maqnit sahəsinin gər-
ginliyinin sutkalıq kəskin dəyişməsi ürək-damar xəstə-
liklərinin ağırlaşmasına səbəb olur. 
Bioloji risk amillərinə
genetik və ontogenez döv-
ründə insan orqanizminin qazandığı xüsusiyyətlər aid-
dir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt milli 
və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstə-
likləri, şəkər diabeti və başqa xəstəliklərə irsi meyllilik 
də mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkər 
diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin
ciddi amili köklük hesab olunur. 
Sosial amillər
. Həyat şəraiti və tərzi. Siqaret çək-
mə, alkoqol və narkotik qəbul etmə, düzgün qidalanma-
maq, yuxusuzluq stress vəziyyət, zərərli iş şəraiti, pis 
maddi-məişət şəraiti, urbanizasiyanın yüksək olması.
 
Faydalı qazıntı sərvətləri əsasında işləyən müasir 
müəssisələr iqtisadi, sosioloji məsələlərin həllində yük-
sək göstəricilərə malik olmaqla ərazi-istehsal kompleks-
lərinin səmərəli inkişafına xidmət edir. Lakin, müvafiq 
sahələrin və regionların inkişafı üçün yer tutan kəmiyyət 
göstəriciləri keyfiyyət göstəriciləri ilə tamamlanmalıdır. 
Yeraltı xammal sərvətlərinin komplekslik əmsalı 
nə qədər yüksək olsa, tullantıların miqdarı bir o qədər 


77
azalır, müəssisələrin sərfəliliyi o qədər də artar, onun 
gəlir və yığım fondu çox olar. Lakin, filiz saflaşdırma, 
metallurgiya, kimya, yanacaq, energetika, tikinti sənaye 
müəssisələri tullantıların ətraf təbii mühitə, təsərrüfata
əhaliyə verdiyi zərəri aradan qaldırmaq bir sıra mühüm 
tədbirlərin həyata keçirilməsini tələb edir. Göstərilən 
xammal ehtiyatından istifadə edilməsi, tullantıların azal-
dılmasına dair texniki-iqtisadi tədbirlərin həyata keçiril-
məsini qarşıya qoyur. 
Qeyd etmək lazımdır ki, son illərdə respublikamız-
da istifadə edilən mineral xammal sərvətlərinin həcmi 
10 dəfə artmışdır. Bununla yanaşı hasilat, filiz saflaşdır-
ma və emal proseslərində çıxan tullantıların həcmi də 
artır. İlkin və təkrar xammalla işləyən sənaye müəssisə-
ləri indi respublikamızda istehsal olunan sənaye məhsu-
lunun 40%-ni və milli gəlirin xeyli hissəsini verir. Dağ-
mədən emaledici müəssisələrində yaranan milli gəlirin 
səviyyəsi ilə məhsul alınmasına sərf edilən xammal və 
istehsal xərcləri arasındakı əlaqələri təhlil etmək zəruri 
məsələlərdən biridir. 
Təkrar xammal və tullantılar başlıca olaraq şəhər-
lərdə, iri sənaye mərkəzlərində, bir sözlə, onları emal 
edən həmin xammallara tələbatı olan müəssisələr ətra-
fında yaranır. Lakin, təkrar xammal və tullantıların iqti-
sadi səmərəsi onların vaxtında tədarük edilməsi və ema-
lından asılıdır. Əks təqdirdə təkrar xammal tullantıları 
paslanır, oksidləşir, torpağı, suyu korlayır. Yalnız korro-
ziya hesabına respublika ərazisində hər il 45-50 min ton 
metal itirilir. 
Təkrar xammalın vaxtında yığılması, doğranması, 


78
piketres maşınlarda saxlanılıb emaledici zavodlara, mə-
sələn, Azərbaycan boru-prokat zavoduna göndərilməsi, 
qiymətli xammal itkisini xeyli azaldır və ətraf təbii mü-
hitin, torpağın və suyun çirkləndirməsi azalır. Bu vacib 
məsələnin düzgün həlli müvafiq müəssisələrin müasir 
avadanlıqla təchiz edilməsini, dəmir qırıntıları yığılma-
sında maddi marağın artırılmasını, iqtisadi cəhətdən sər-
fəli, texniki cəhətdən mütərəqqi emal üsullarının tətbiqini 
tələb edir. Bu tədbirlərin vaxtında və keyfiyyətlə həyata 
keçirilməsi məqsədilə sərf edilən kapital qoyuluşu və 
əmək sərfi təkrar xammal və tullantıların ətraf təbii mühi-
tə verdiyi zərərin dəyərindən xeyli azdır. 
Faydalı qazıntı mədənlərinin istismarında yerin üst 
qatında milyon kubmetrlərlə qazılan süxurların tərkibi 
humus maddələri, əhəng-tikili materialları ilə zəngin olur. 
Qazılan torpaqların rekultivasiya edilməsi, tərki-
bindəki faydalı elementlərin istifadəsi iqtisadi və təbiəti 
mühafizə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik-
dir. Məlum olduğu kimi, faydalı qazıntı yataqları əsasən 
dağlıq ərazidəki münbit torpaqlarda yerləşir. Mədənlər-
dən çıxarılan münbit torpaqların imkan daxilində əkin 
sahələrinə səpələnməsi sahələri münbitliyini artırar, 
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını xeyli yük-
səldər. Mədənlərin, karxanaların qazılmış sahələri növ-
bə ilə rekultivasiya edilməlidir ki, bu da ekoloji və tə-
biəti mühafizə nöqteyi-nəzərdən çox vacib məsələdir. 
Qara və əlvan metallurgiya sənayesi müəssisələrdə şlak 
və şlakın tərkibi enerji, şüşə, tikinti, sement xammalı ilə 
zəngindir. Məsələn, Azərbaycan boru dağ-mədən kom-
binatının tullantısında müvafiq olaraq 12-21% dəmir 


79
vardır. Bundan istifadə edilməsi yüz min tonlarla polad, 
şüşə, sement xammalı, tikinti materialları almağa imkan 
verər. 
Göstərilən metallurgiya tullantıların istifadəyə ve-
rilməsi iqtisadi cəhətdən bir daha ona görə səmərəlidir 
ki, faydalı qazıntılarda fərqli olaraq onların axtarışına, 
çıxarılmasına və daşınmasına daha çox kapital qoyulu-
şu, əmək sərf edilmir. 
İlkin və təkrar xammalın, tullantıların istifadə edil-
məsi təbii sərvətlərin səmərəsinin və müəssisələrin ren-
tabelliyinin yüksəldirməsinə yönəldilmiş mühüm iqtisa-
di tədbirdir. 
Mineral sərvətlərdən kompleks istifadə edilməsi 
mühüm xalq təsərrüfatı problemi olmaqla, texniki tərəq-
qinin və emalın mühüm göstəricilərindən biridir. Lakin, 
mineral sərvətlərdən kompleks istifadə edilməsini yalnız 
sənaye istehsalının ehtiyatı kimi nəzərə almaq səhv olar-
dı. Buna xammala qənaət etmək, ətraf təbii mühitin mü-
hafizəsinə şərait yaratmaq, əmək məhsuldarlığını artır-
maq, istehsalın rentabelliyini yüksəltmək nöqteyi-nəzə-
rindən baxmaq lazımdır. Burada hər hansı faydalı qazın-
tı mədənlərinin planlaşdırılmasında sosioloji və ekoloji 
cəhətləri nəzərə almaq ona görə zəruridir ki, istifadəyə 
verilən mədənlərin ehtiyatı təbii sərvətdən iqtisadi sər-
vətə çevrilir. Bununla əlaqədar mineral xammalın istifa-
dəsində elmi tədqiqat işlərinin səmərəsi onlardan komp-
leks istifadə edilməsinə, iqtisadi, sosioloji, ekoloji və el-
mi-texniki tərəqqinin uzlaşdırılmasına yönəldilməlidir.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə